Nottingham Universitetində Təqaüd imkanları

19 Noyabr 2021

Nottingham Universitetində Təqaüd imkanları

Əlaqə

StudyNet Group beynəlxalq tərəfdaş universitetlərdən biri olan Nottingham Universiteti tərəfindən təqdim olunan təqaüd fürsətini nəzərinizə çatdırır.

Nottingham Universitetinin tərəfdaş agentliyi olaraq 2022-ci ilin sentyabr qəbulu üçün müraciət edən tələbələrimiz maliyyə imkanlarından faydalanacaqlar. Nəzərə alın ki, seçimlər müvafiq qaydada aparılır, müraciətlərin erkən olunması seçim şansınızı artıracaqdır.

Nottingham Universiteti əməkdaş agent olduğumuz üçün tələbələrimizə müxtəlif dərəcələrdə bir sıra proqramlara təqaüd təklif edir.

Qeyd olunan təqaüd növlərindən biri regional təqaüddür. Belə ki, hər bir region üzrə müxtəlif qəbul tələbləri qoyulmuşdur. Əgər bu növlə maraqlanırsınızsa, bölgəyə xas tələblər haqqında daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilırsiniz.

Universitetin təqdim etdiyi digər təqaüd isə, 50%-ə qədər maliyyə təklif edən 2022-ci il üçün Biznes Fakültəsi Magistrləri üçün təklif olunan təqaüdləridir.

Bunlardan əlavə, tələbə bakalavr təhsilində ümumi orta göstəricisi Böyük Britaniya sistemi ilə 2:1 (65% və ya daha yuxarı) ekvivalentinə bərabərdirsə və ya əldə edəcəyi gözlənilirsə, bu halda onların müraciəti qəbul aldıqdan dərhal sonra avtomatik olaraq 50%-ə qədər təqaüd üçün baxılacaqdır. Mükafatlar növbə əsasında baxılır, bunun üçün də bizə müraciət edərək tez bir zamanda ərizənizi təqdim edərək qəbullarınızı tez bir zamanda əldə edə bilərsiniz.

Əvvəldə də qeyd etdiyimiz kimi, tam zamanlı MBA və EMBA proqramları üçün bir sıra təqaüdlər mövcuddur. Tələbələr təhsil ödənişində 20%-dən 50%-ə qədər təqaüddən yararlana bilərlər.

Əgər siz də universitet təcrübənizi genişləndirmək istəyirsinizsə, bizə zəng etməkdən və ya StudyNet Group ofisini ziyarət etməkdən çəkinməyin. Təcrübəli əməkdaşlarımız və təhsil məsləhətçilərimiz hər zaman sizə kömək etməkdən məmnundurlar.

© 2020 SNG, All Rights Reserved.