Northeastern Universitetində təhsil imkanları

09 Oktyabr 2021

Northeastern Universitetində təhsil imkanları

Əlaqə

Northeastern Universiteti 1898-ci ildən Boston, Massachusetts ştatında yerləşən xüsusi bir tədqiqat universitetidir.

Universitetin Charlotte, Seattle, Silicon Valley, Toronto və Boston-da yerləşən kampusları fəaliyyət göstərir. Dünyanın ən böyük texnologiya şirkətlərini Apple, Google, eBay, LinkedIn, Netflix, Yahoo! və başqalarını özündə birləşdirən Amerikanın Kaliforniya əyalətində yerləşən Northeastern Universitetinin Silicon Valley kampusu texnologiya üzrə proqramlarda təhsil alan tələbələrə ev sahibliyi edir.

Northeastern-ın əməkdaşlıq proqramı, şübhəsiz ki, universiteti özünəməxsus edən səbəblərdən biridir. NU tələbələri, dünyanın hər yerində görkəmli şirkətlərdə real dünya iş təcrübəsi təmin edən 5 illik təhsil müddətində üç əməkdaşlıq ilə 6 aylıq proqramı tamamlayırlar. Tələbələr iş təcrübəsi qazanmaq ilə digər tələbələrdən daha zəngin CV ilə məzun olurlar, bununla yanaşı yüksək nəticələr qazanan tələbələr iş təklifləri də alırlar.

Universitet həmçinin müxtəlif dərəcələr üzrə bir sıra proqramlar təklif edir:

  • Təbiət elmləri
  • Biznes
  • Hüquq
  • Psixologiya
  • Texnologiya elmləri
  • Mühəndislik
  • Tibb elmləri
  • Memarlıq,İncəsənət və Dizayn

Northeastern Universitetinin beynəlxalq tərəfdaşlarından biri olan StudyNet Group, proqram seçimində, tələblərə uyğun ərizə təqdim edilməsində, yaşayış yerinin bron edilməsi prosesində, viza prosesində köməklik göstərməyə hazırdır.

© 2020 SNG, All Rights Reserved.