Niyə University of Victoria-nı seçməlisiniz?

01 Aprel 2023

Niyə University of Victoria-nı seçməlisiniz?

Əlaqə

Kanadanın mərkəzində yerləşən Viktoriya Universiteti (UVic) və Kaplan International Pathways ilə olan yeni tərəfdaşlığını rəsmi olaraq elan etməkdən məmnunuq.

Təhlükəsiz ölkələr içərisində ən öndə gələn Kanadada geniş çeşiddə bakalavr və magistr dərəcələri seçə bilərsiniz!

Niyə UVic seçməlisiniz?
• Geniş kooperativ təhsil proqramları tələbələrə təhsil dərəcələrinin bir hissəsi kimi ödənişli iş təcrübəsi (orta qazanc CAD$ 50,000) keçmək imkanı verir.
• Əlverişli təhsillə yanaşı ABŞ-da təklif olunan dərəcə proqramlarından 25-35% daha aşağı təhsil haqqı
• Universitet yaşıllıq zonası və iqlim fəaliyyətinə görə dünyada 2-ci yerdə olan karbon-neytral kampusa sahibdir (2022 THE Impact Rankings)

Proqramlar və Fakültə:

  • Biznes, İqtisadiyyat, Hüquq
  • Təhsil
  • Mühəndislik, Riyaziyyat, Texnologiya
  • Ətraf Mühit və Davamlılıq
  • Sağlamlıq və Həyat Elmləri
  • Dillər və Qlobal Mədəniyyətlər

Hər il 200.000-dən çox beynəlxalq tələbə və tədqiqatçı təhsilin keyfiyyətinə görə Kanada universitetlərinə üstünlük verirlər. Kanada universitetləri dünyanın ən yaxşı universitetləri arasındadır. 2012-ci ildə Şanxay dünya universitetləri akademik reytinqində (ARWU) 100 universitetdən 4-cü sırada yer alıb; QS World University Rankings tərəfindən seçilmiş 50 universitet arasından 3 Kanada universiteti yer alır.

Kanadada təhsil alan beynəlxalq tələbələrin təxminən 95%-i bu ölkəni tövsiyə edir.

Viktoriya Universiteti haqqında daha çox öyrənmək üçün peşəkar təhsil məsləhətçilərimiz ilə əlaqə saxlaya bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.