Newcastle universitetində yüksək təhsil

29 Sentyabr 2021

Newcastle universitetində yüksək təhsil

Əlaqə

Birləşmiş Krallıqda ən məşhur universitetlərdən biri hesab olunan Newcastle Universiteti 1834-cü ildə “School of Medicine and Surgery” adı altında qurulmuş təhsil mərkəzidir.

Universitet Times Best University Guide 2011 nəticələrinə görə Britaniyada ən yaxşı ilk 20 universitetdən biridir. The Research Assessment Exercise 2008-ci ildəki araşdırmalara görə isə Newcastle Universitetindəki 38 proqram dünya standartlarına uyğun olduğunu bəyan edilmişdir.

Dünya reytinqində keyfiyyətli təhsili və öndə gedən araşdırmaları ilə ilk sıralarda yer alaraq, bugün universitet 200-dən çox bakalavr proqramı ilə 20.000 dən çox tələbəyə təhsil verməkdədir.

Bunlarla yanaşı, Newcastle Universiteti mükəmməl kitabxana keyfiyyətinə görə 5 dəfə üst-üstə Charter Mark mükafatına layiq görülüb.

Universitet Memarlıq; Biznes və idarəetmə; Humanitar və sosial elmlər; Mühəndislik, eləcə də Biologiya elmlərində bir sıra bakalavr, magistr, doktorantura dərəcələrində proqramlar təklif edir.

Universitet, beynəlxalq tələbələrə bakalavr və magistr dərəcəsi almalarına dəstək olmaq üçün müxtəlif təqaüdlər də təklif edir.

StudyNet Group şirkəti və təcrübəli təhsil məsləhətçilərimiz, qəbul prosesi, tələbə vizasının əldə olunması, xaricdə yaşayış yerlərinin bron edilməsi kimi bir çox digər prosesdə sizə kömək etməyə hazırdır.

Daha ətraflı məlumat almaq üçün bizə zəng etməkdən çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.