Nevrologiya sahəsi üzrə təhsil təqaüdləri

15 İyul 2021

Nevrologiya sahəsi üzrə təhsil təqaüdləri

Əlaqə

Birləşmiş Krallığın ikinci ən böyük şəhəri olan Birminghamda yerləşən Aston Universiteti hər zaman yüksək təhsil və təcrübə imkanları ilə tələbələrin rəğbətini qazanmışdır.

Əsası 1895-ci ildə qoyulan bu universitet geniş tələbə auditoriyası ilə bir sıra nailiyyətlər qazanmış, habelə 40-dan çox ölkədən 140 universitet ilə uzun müddətli əməkdaşlıqlara imza atmışdır. Bununla yanaşı universitet Times Higher Education World University Rankings 2017-2018 sıralamasında 351-ci yerin sahibi olmuş və 2014-cü ildə tələbə məmnunniyyəti sorğusunda birbaşa 25 pillə yüksəlmişdir.

Aston Universiteti biznes və sosial elmlər, mühəndislik, eləcə də tibb sahələrində ixtisaslaşmış kadr yetişdirir. Bu sahədə olan təcrübələrinə əsaslanaraq qeyd olunmalıdır ki, universitetin 85 faizə qədər məzun tələbələri 15 ay ərzində ixtisasları üzrə işlə təmin olunurlar.

2008-ci ildən ONCAMPUS tələbələrə ABŞ, Avropa və Britaniyada yüksək reytinqli universitetlərdə universitet qabağı təhsil imkanı yaradır. Aston universiteti həmçinin The Guardian tərəfindən 2020-ci ilin universiteti mükafatına layiq görülüb.
Universitet hər il bir sıra təqaüd proqramları təklif edir. Bunlardan bir nevroloq və neyrobioloqları təmsil və təşviq edən Böyük Britaniyanın ən böyük təşkilatı Böyük Britaniyanın nevrologiya Assosiasiyası (BNA) və nevrologiyanın müxtəlif sahələrindən olan tələbələrə dəstək vermək məqsədi ilə yeni yaradılan BNA Scholars proqramıdır. Aston Universitetinin son kurs tələbəsi Tamara Tasnim Wahid müsabiqədə dərəcə qazanmış ilk bakalavr tələbəsidir.

ONCAMPUS Astonda təhsil alan alan tələbələr Aston Universitetində əldə edəcəkləri yüksək təhsil ilə Böyük Britaniyada geniş karyera perespektivinə sahib ola bilərlər.

StudyNet Group şirkəti uzun müddətli əməkdaşlıq etdiyi Böyük Britaniya, Amerika, o cümlədən Avropanın qabaqcıl təhsil müəssisələrinə tələbələrin qəbul olunmasında yaxından köməklik göstərir.

© 2020 SNG, All Rights Reserved.