Münhen Biznes Məktəbi

04 Noyabr 2020

Münhen Biznes Məktəbi

Əlaqə

Hazırki pandemiya səbəbilə əcnəbi tələbələr üçün təhsil prossesi daha da mürəkkəbləşib. Universitet tələbələrinin əksəriyyəti ali təhsillərini yarımçıq qoymalı olublar. Mövcud vəziyyəti qismən yüngülləşdirmək üçün Münhen Biznes Məktəbi onlayn/hibrid formatlı tədris proqramları üzərində işləyir ki, beləliklə də şagirdlər cari tədris ilində təhsildən kənarda qalmayacaqlar. Universitet, 2021-ci ilin yaz sessiyası müddətində Münhendəki tələbələr üçün də tamamilə onlayn təhsil proqramı planlaşdırır.

Yeni magistratura proqramı: İdman Biznes və Kommunikasiya

Təhsil tamamilə ingilis dilindədir

Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

Bundan başqa, Münhen Biznes Məktəbi onlayn mühazirələr, həmçinin məlumat sessiyaları təşkil edir ki, həmin görüşlərə qatılmaqla siz istənilən sualınıza cavab taparaq, sizi maraqlandıran sahə üzrə gələcək təhsilinizə dair ətraflı məlumat əldə edə bilərsiniz:

MBA məlumat sessiyası:
Tədbirin tarixi: 10 Noyabr 2020, saat: 20.00 (Bakı vaxtilə)
Qeydiyyat linki

Aparıcı spiker: Christoph Sonnen, leAD şirkətinin banisi, qurucu şəxs olaraq öz təcrübələri haqqında danışacaq və öz biliklərini gənc və ambisiyalı gənclərlə paylaşacaq.
Tədbirin tarixi: 18 Noyabr 2020, saat: 20.00 (Bakı vaxtilə)
Qeydiyyat linki

Münhen Biznes məktəbində yeni perspektivlərə imza atmaq istərdinizmi? Onda Universitet haqqında deyilənlərə nəzər salın:

StudyNet Group şirkəti artıq 10 ildən çoxdur ki, ölkəmizdə fəaliyyət göstərir və yerli və əcnəbi tələbələrin Avropanın digər qabaqcıl ölkələri ilə yanaşı, Almaniyanın dövlət və özəl tipli təhsil müəssisələrində təhsil almalarına yaxından köməklik edir.

© 2020 SNG, All Rights Reserved.