MPW məktəbi 2021-ci ilin başlanğıcında

08 Yanvar 2021

MPW məktəbi 2021-ci ilin başlanğıcında

Əlaqə

Birləşmiş Krallığın ən yaxşı altıncı sinif kolleclərindən olan MPW, 2021-ci ildə bütün şagirdlərə müvəffəqiyyətlər arzu edir və yeni ildə məktəbin planlaşdırdığı tədris şərtlərini nəzərinizə çatdırır.

2021-ci ilin başlanğıcında, dövlət tərəfindən rəsmi şəkildə elan edildi ki, pandemiya səbəbindən bütün məktəblər Fevral ayının ortalarına qədər tədris prossesini onlayn şəkildə həyata keçirəcəklər. Məktəb şəraitində dərslər, yalnız Fervralda yarım-semestr tətilindən sonra başlaya bilər. MPW məktəbi üçün bu xəbər ürəkaçan olmadı, buna baxmayaraq, hazırda məktəb bu il üçün GCSE və A level təhsili üzrə yay semestri qiymətləndirməsinin necə aparılacağına dair əlavə məlumat gözləyir.
Məktəb heyəti ümid edir ki, Birləşmiş Krallıqda yerləşən bütün məktəblərdə işçi kollektiv və tələbə heyətinin vaksinasiyasının aparılması, tədris prossesinə adəti üzrə davam etməyə imkan verəcək. Hazırda ölkədə bu sahədə aparılan işlər onu deməyə əsas verir ki, yaz semestri və 2021-ci il Sentyabr qəbulunda məktəbə başlayan şagirdlər bu tədbirin effektini daha çox hiss edə biləcəklər.

MPW məktəbinin müəllim heyəti artıq distant təhsil modelini sınaqdan keçiriblər. Proqram üzrə dərslər Microsoft Teams platformasında onlayn aparılacaq. Bu portala yaxşı bələd olan müəllimlər, tədris prossesinin effektivliyini artırmaq məqsədilə yeni metodlar hazırlayıb tətbiq edir. Bundan başqa, məktəbin işçi heyəti də, tədris platformasına müntəzəm şəkildə daxil olub, bütün şagirdlərin tədris prossesində yüksək səviyyədə iştirakına nəzarət edir.
Tədrisin formatında dəyişiklik olmasından asılı olmayaraq, şagirdlər əvvəlki qaydada tyutor sessiyaları və dəstək xidmətləri ilə təmin olunacaqlar.

MPW məktəbində onlayn dərs modeli

İmtahanların formatına gəldikdə isə artıq hamıya məlumdur ki, imtahanlar ənənəvi qaydada aparılmayacaq. Hələlik dəqiq qərarın olmamasına baxmayaraq, imtahanlarda ənənəvi qiymətləndirmə elementlərinin çıxarılacağı güman edilir. Hazırda məktəbin şagirdlərə yeganə tövsiyyəsi ondan ibarətdir ki, vəziyyətdən asılı olmayaraq dərslərinə səylə çalışsınlar.

Ötən tədris ilinin nəticələri

Məktəbin tələbə yataqxanaları tam fəaliyyət göstərir və ölkəyə səfər edib distant təhsilini burada davam etdirmək istəyən şagirdlər üçün açıqdır.

MPW tezliklə şagirdlərini yenidən siniflərdə salamlayacağı günü səbirsizliklə gözləyir.

Qeyd edək ki, StudyNet Group şirkəti yuxarı sinif şagirdlərinin MPW məktəbinin London, Birmingham və Kembric kampuslarında yüksək səviyyəli GCSE, A Level, 12-ci sinif təhsili almaları üçün tam dəstək göstərir.

© 2020 SNG, All Rights Reserved.