"Milli Qəhrəman" təqaüdü

02 İyul 2020

"Milli Qəhrəman" təqaüdü

Əlaqə

Coventry Universiteti təqdim edir!!!

Tibb təhsili üzrə tam təqaüd proqramı – “Milli Qəhrəman - Sentyabr 2020”

StudyNet Group şirkətinin uzunmüddətli əməkdaşlıq etdiyi Birləşmiş Krallığın Coventry Universiteti tibb təhsili üzrə bakalavr və post-bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr üçün bütün xərclərin qarşılandığı 1 illik tam təqaüd proqramı təklif edir. Təqaüd proqramı tibb və digər təbiət elmləri sahəsində təhsil alan tələbələrə şamil edilir. Müraciət edənlər arasında yalnız 5 tələbə təqaüddən yararlanmaq şansı qazanacaq və müraciət etdiyi proqramdan asılı olaraq Coventry Universitetinin London və ya Coventry şəhərlərində təhsilini heç bir xərc çəkmədən davam etdirmək imkanı əldə edəcək.

Təqaüdü təsis etməkdə Coventry Universitetinin əsas məqsədi COVID-19 pandemiyası müddətində insanları xilas etmək üçün öz sağlamlıqlarını təhlükə qarşısında qoyan səhiyyə işçilərinin mükafatlandırılmasıdır. Ona görə də, təqaüdü əldə etmək üçün müraciət edən tələbələr arasında Koronavirusla mübarizə sahəsində hər hansı əməyi keçən namizədlərin seçiminə üstünlük veriləcək.

Təqaüdü əldə etmək istəyən tələbələr üçün digər şərtlər aşağıdakılardır:

  • 2020-ci il Sentyabr semesterində Coventry universitetinin London və ya Coventry kampuslarının təhsil proqramlarına qeydiyyatdan keçməli
  • Coventry universitetinin hər hansı kampusundan şərtli qəbulu olmalı
  • Cambridge Education Group və ya ISC London müəssisələri ilə olan əməkdaşlıq vasitəsilə Coventry universitetinə proqress edənlər arasında olmamalıdır.

Təqaüdə müraciət üçün son tarix: 31 İyul 2020

Universitetin ölkəmizdə rəsmi partnyoru olan StudyNet Group şirkəti sizin təqaüdə müraciət prosedurunuzu tam olaraq ödənişsiz şəkildə öz üzərinə götürür.

Təqaüd haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə vasitələri:
Məsul şəxs: Oruc Quliyev
Telefon: 055 213 83 23
Email: [email protected]

Artıq on ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərən və yerli və əcnəbi tələbələrin xaricdə təhsil xəyallarının gerçəkləşməsində yaxından yardımçı olan StudyNet Group şirkətinin xidmətlərindən yararlarlanmaq üçün bizə sosial media, elektron poçt və telefon nömrələri vasitəsilə müraciət edə bilərsiniz. Şirkətimizin təcrübəli kollektivi sizə marağında olduğunuz ölkələrin təhsil sistemləri haqqında ətraflı məlumat verə və sizə elmi göstəriciləriniz və ixtisas istiqamətiniz üzrə düzgün şəkildə seçim etməyə köməklik edə bilərlər.

© 2020 SNG, All Rights Reserved.