Mercy Kollecinə müraciətdə yenilik

30 İyul 2021

Mercy Kollecinə müraciətdə yenilik

Əlaqə

Mercy Kolleci, 1950-ci ildə qurulmuş ABŞ-ın ən qədim təhsil müəssisələrindən biridir. Kollec bakalavr, magistr dərəcələri üzrə 100-dən artıq proqram təklif edir.

Mercy Kolleci, qabaqcıl tibb təhsili təklif edən müəssisələrdən biri olmuş və Nyu-York ştatı və ətraf bölgələrdəki məktəblər üçün müəllim hazırlığının aparıcı regional təminatçılarından biri kimi çıxış etmişdir. Geniş tələbə auditoriyası və təcrübəli tədris metodları ilə Kollec hər zaman yerli və xarici tələbələrə dinamik imkanlar təqdim edərək öz sahəsində qabaqcıl olmuşdur.

Daha əvvəl qeyd edildiyi kimi, universitet tələbələrə məzun olduqdan sonra gələcək karyeraları üçün hazır olmalarını təmin edən praktiki yanaşma ilə tələbələrə müxtəlif sahələrdə bir çox proqramlar təklif edir. Kollec biznes, humanitar elmlər, təhsil və başqa bir çox sahələrdə bakalavr və magistr dərəcələri üzrə 100-dən çox proqram təklif edir.
Payız 2021 semesterində yeni təhsil illərinə başlayacaq olan tələbələrini qarşılamağa hazırlaşan Mercy Kolleci növbəti il üçün müraciət tarixləri ilə bağlı yeni xəbərlər elan edib.

Belə ki, bakalavr və magistr dərəcələri üzrə yaz və payız 2022 semesteri üçün onlayn müraciət 2 avqust, 2021-ci il EST vaxtı ilə saat 12:00-dan etibarən açıq elan olunacaq. Bundan əlavə, Kollec 2021-ci ilin payız semesterinə qəbul almış, lakin viza ala bilməyən və ya kollecə qeydiyyatdan keçə bilməyən tələbələrə yeni fürsət yaradır. Belə ki, Kollec tələbələrin ərizələrini 2022-ci ilin yazına və ya payızına qədər təxirə salmağa hazır olduğunu bildirib. 2021-ci ildə qəbul almış tələbələr növbəti il əlavə müraciətə ehtiyac qalmadan viza və digər qəbul proseslərini həyata keçirərək yeni təhsil illərinə başlaya bilərlər.

Universitetin təklif etdiyi proqramlar ilə yaxından tanış olmaq üçün rəsmi saytına keçid edə bilərsiniz.

Daha ətraflı məlumat üçün ofisimizə yaxınlaşa və ya zəng edə bilərsiniz. Şirkətimizin təcrübəli təhsil məsləhətçiləri sizin seçimlərinizdə daim köməklik göstərməyə hazırdır.

© 2020 SNG, All Rights Reserved.