Macarıstanda Britaniya təhsili - IBS

09 İyul 2020

Macarıstanda Britaniya təhsili - IBS

Əlaqə

StudyNet Group şirkətinin Avropada yerləşən partnyor universitetlərindən biri olan Intrenational Business School – IBS haqqında bir neçə xəbərimiz var!

Macarıstanın IBS (International Business School) universiteti Sentyabr ayında başlanacaq tədris ili üzrə bütün proqramları onlayn formatda davam etdirəcək. Bu qərar pandemiya səbəbindən Macarıstana səfər etməkdə məhdudiyyətlərlə üzləşəcək əcnəbi tələbələri nəzərə alaraq verilib. Təhsilə onlayn şəkildə başlayan tələbələr, mövcud vəziyyət aradan qalxdıqdan sonra təhsillərinə kampus şəraitində davam edə biləcəklər.

  • Əgər siz də Avropanın mərkəzində yerləşən səfalı Macarıstan ölkəsində əlverişli şərtlərlə Birləşmiş Krallıq təhsilini əldə etmək istəyirsinizsə 31 İyul 2020 tarixinədək seçdiyiniz istiqamət üzrə proqramlara müraciət edə bilərsiniz.
    Universitetin tədris proqramları

  • IBS universiteti müxtəlif kateqoriyalar üzrə və təhsilin müxtəlif pillələrində təqaüd proqramları təkif edir. Onlardan biri yeni başalayacaq olan tələbələr üçün “Starter” təqaüdüdür ki, həmin təqaüdə müraciət etmək üçün tarix 15 Avqust 2020-ci ilə qədər uzadılıb.

  • IBS universitetində Beynəlxalq Menecment üzrə magistratura təhsilinin ilk semesteri də həm Budapeşt həm də Vyana kampuslarında onlayn formatda keçiriləcək.

  • Universitetin Beynəlxalq Hazırlıq proqramına müraciət edən tələbələr də təhsillərinə eynilə bakalavr proqramında qeyd olunduğu şəkildə başlayıb davam etdirə biləcəklər.

1991-c ildə əsası qoyulan Macarıstanın IBS universiteti Mərkəzi Avropada yerləşən ilk özəl universitetlərdən olmaqla hazırda müasir və dinamik biznes məktəblərindən birinə çevrilib. Universitet Britaniyanın prestijli universitetlərindən olan Buckingam universiteti ilə əməkdaşlıq edərək, yerli və əcnəbi tələbələrə ingilis və macar dillərində əlverişli şərtlərlə, bakalavr, magistratura, doktorantura və hazırlıq proqramları təklif edir. Universitetin Budapest və Vyana kampuslarında təhsil əsasən ingilis dilində və Birləşmiş Krallığın təhsil sisteminə uyğun şəkildə aparılır.

© 2020 SNG, All Rights Reserved.