Londonda yay proqramları…

16 Mart 2021

Londonda yay proqramları…

Əlaqə

Əziz orta məktəb şagirdləri!

SKOLA İngilis dili məktəbi bu il məktəblilərin yay tətilini səmərəli keçirmələri üçün 8 həftəlik yay proqramları təklif edir. Bu müddət 21 iyun və 14 Avqust tarixləri aralığını əhatə edir və siz bu müddət ərzində istədiyiniz sayda həftələrin proqramlarına qoşula bilərsiniz.
Proqram əsasən 6-16 yaş arası şagirdlər qrupu və valideyn-övlad qrupları üçün nəzərdə tutulduğu kimi, onlar üçün tərtib olunan fəaliyyətlər cədvəli də fərqlidir.

Londonun ən görkəmli yerlərindən olan Regents Parkda yerləşən yay məktəbində iştirak edərək siz, intensiv şəkildə təşkil olunan interaktiv dərslərdə ingilis dilinin qrammatikası və tələfüz qaydalarını öyrənəcək, idman oyunlarında, incəsənət və rəqs məşğələlərində iştirak edəcək, muzeylərə ekskursiyalar və gəzintilər zamanı ölkənin mədəniyyəti ilə yaxından tanış olacaq, həmçinin müxtəlif tədbirlərdə və Cümə günləri təşkil olunan əyləncəli gecələrdə xoş vaxt keçirmək imkanı qazanacaqsınız.

Proqrama qoşulmaq üçün 1 həftə üzrə qiymətlər aşağıda qeyd olunub (inzibati xərclər istisna):

  • 6 x tam günlük kurs, 9:00 - 16:30 Bazar ertəsi – Şənbə: 1 həftə üçün £625
  • 5 x tam günlük kurs, 9:00 - 16:30, Bazar ertəsi – Şənbə: 1 həftə üçün £575
  • 5 x yarım günlük kurs (15 saatlıq ingilis dili kursu), 9:00 - 12:20, Bazar ertəsi – Şənbə: 1 həftə üçün £375

Skola məktəbi İngiltərənin paytaxtı London şəhərində yerləşib əsasən İngilis dilində yay proqramları və Zoom proqramı vasitəsilə onlayn ingilis dili dərsləri təklif edir.

StudyNet Group şirkəti Skola universitetinin beynəlxalq əməkdaşlarından biri kimi yay proqramlarına qoşulmaq istəyən şagirdlərə qeydiyyat prosesində tamamilə ödənişsiz olaraq yaxından köməklik göstərməyə hazırdır. Bundan başqa şirkət viza müraciətinin edilməsi, səyahət biletinin alınmasında da bütün lazımi dəstəyi göstərəcək. Şirkət həmçinin bütün səfərləri boyu şagirdləri müşayiət edəcək bələdçilik xidməti də təklif edir.

© 2020 SNG, All Rights Reserved.