Londonda Biznes təhsilinin üstünlükləri

10 Mart 2022

Londonda Biznes təhsilinin üstünlükləri

Əlaqə

London hər zaman dünyanın ən görkəmli ticarət və biznes mərkəzlərindən biri olub. Şəhər bizneslə məşğul olmaq üçün ən çox seçilən yerlər sırasında olmaqla yanaşı valyuta, bank və sığorta xidmətləri baxımından da tanınmış mərkəzdir. Citibank, Barclays və HSBC kimi bir sıra şirkətlərin hər biri şəhərdə yerləşir və bu ənənəvi maliyyə mərkəzlərinə əlavə olaraq London həmçinin Transferwise, GoCardless və MarketInvoice kimi Fintech şirkətlərinin mərkəzi kimi tanınır.

Hər il ONCAMPUS London tələbələri ən yaxşı universitetlərdə bizneslə bağlı geniş çeşiddə dərəcələrə yüksəlməklə yanaşı (2021-ci ilin statistikasına daxil olan bir neçəsi aşağıda göstərilmişdir) Böyük Britaniyanın paytaxtında öz karyeraya istiqamətlərini müəyyən edərək təcrübə toplamağa başlayırlar.

Qeyd edək ki, 2022-ci ildə yüksək təhsilinizə başlamağı planlaşdırırsınızsa, hazırda bizimlə müraciət etmək üçün doğru zamandır. Belə ki, bəzi universitetlərdə proqram müraciətləri artıq açıqdır.

ONCAMPUS London və digər tərəfdaş universitetlərimiz tərəfindən təklif olunan digər bakalavr biznes proqramları haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Təcrübəli təhsil məsləhətçilərimiz sizə təhsil müəssisələri ilə bağlı düzgün qərar verməyə kömək edəcəklər.

© 2020 SNG, All Rights Reserved.