Məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, iyul ayında təşkil olunan tələbələr üçün bir həftəlik yay proqramı - Bartons University Tour-da iştirak etmək şansınız var.
Baş tutacaq bu proqram, müraciət prosesi və Böyük Britaniyanın ən yaxşı Universitetlərinə qəbul tələbləri haqqında geniş məlumat alaraq Mərkəzi Londondan zövq almaq üçün unikal imkandır.
Cəmi yeddi gün ərzində siz Mərkəzi Londona və 7 nüfuzlu universiteti ziyarət edə biləcəksiniz, məsələn:
University of Cambridge, UCL, Imperial College, University of Warwick, Coventry University, QMUL, University of Southampton.
Proqramın ümumi gündəliyi ilə aşağıda tanış ola bilərsiniz:
- Açıq qapı günləri və kampus turları;
- UCAS, Oxbridge və Personal Statement üzrə seminarlar;
- Londondan 3 günlük səyahətlər;
- Gündəlik ekskursiyalar və fəaliyyətlər: çimərlikdə gün, London Teatrı, Kembric mərkəzində və çayda punting, Oxford Street, Go Ape təcrübəsi, piknik, Thames Rocket, İngiltərənin ən yaxşı Biznes məktəblərindən birinə baş çəkmək və s.;
- Müasir UCL tələbə rezidensiyasında yerləşmə (bir nəfərlik otaqlar);
- 3 yemək planı;
- Hava limanına transfer
Proqram iyulun 2-dən 9-dək davam edəcək və 15-18 yaş arası tələbələr iştirak edə bilərlər.
Proqramın ümumi iştirak haqqı cəmi 2.500 GBP-dir. Nəzərə alın ki, müraciətlər iyun ayında bağlanacaq.
Daha ətraflı məlumat və proqram təfərrüatları ilə 28 may saat 15:00-da keçiriləcək "Summer Schools in the UK" seminarımızda tanış ola bilərsiniz.
Qeyd edək ki, seminara giriş ödənişsizdir.