London Regent Uniersitetinə müraciət açıqdır

11 Noyabr 2021

London Regent Uniersitetinə müraciət açıqdır

Əlaqə

Londonun mərkəzində yerləşən Regent Universiteti Böyük Britaniyanın müstəqil universitetlərindən biridir və bu universitetin məzunları qloballaşan dünyada öz brendlərini yaratmağa hazır olan müstəqil düşünən gənclərdir.

Nəzərinizə çatdıraq ki, 2022-ci il qəbulu üçün müraciətlər artıq açıqdır. Universitet bakalavr dərəcəsində Biznes və menecment; Moda və Dizayn; Film, Media və Tamaşa; Liberal İncəsənət və Humanitar Elmlər; Psixoterapiya və Psixologiya kimi bir sıra proqramlar təklif edir. London Regent Universiteti həmçinin dünyanın müxtəlif yerlərində olan son inkişafları əks etdirən dinamik magistr proqramları da təklif edir.

Universitet bakalavr və magistr proqramlarından əlavə dil sertifikatları, ixtisas proqramları, xarici dil kursları, MPhil və Ph.D. proqramları da təklif edir.

Regent Universitetində təhsil alan tələbələr, kiçik siniflərdə keçirilən yüksək səviyyəli, hər kəsə fərdi dəstək göstərilən dərslərdən, qlobal dostlar qazanaraq peşəkar çevrə şəbəkəsi yaratmaq imkanlarından, eləcə də ən son sənaye təcrübələri və nəzəriyyələri ilə tədris olunan olunan təhsil sistemindən faydalana bilərlər.

StudyNet Group artıq uzun illərdir ki, Londonun Regents universiteti ilə əməkdaşlıq edir və Birləşmiş Krallıqda oxumaq xəyalı ilə yaşayan yerli və əcnəbi tələbələrə universitetə müraciət ərizələrinin hazırlanmasında, təqaüd proqramlarına müraciət sənədlərinin toplanmasında, Londonda yaşayış yerlərinin bron edilməsində və xarici ölkəyə vizanın əldə olunmasında və s. yaxından köməklik göstərir.

© 2020 SNG, All Rights Reserved.