London Queen Mary Universitetindən ən son yeniliklər

12 Mart 2022

London Queen Mary Universitetindən ən son yeniliklər

Əlaqə

QMUL-un aparıcı tərəfdaş agentliklərindən biri olaraq biz tələbələrimizə təhsil yollarının bütün addımlarında kömək etməkdən hər zaman məmnunuq.

London Queen Mary Universitetindən ən son xəbərlər və yenilikləri sizə təqdim etməyə davam edirik.

Biznes və İdarəetmə fakültəsində və İngilis dili və Dram fakültəsində bir neçə maraqlı yeni proqramlar, qarşıdan gələn Magistr proqramına həsr olunmuş tədbir haqqında məlumatı təqdim edirik. Məmnuniyyətlə bildiririk ki, yaşayış yerlərinin seçimi üçün müraciətlər artıq açıqdır.

2022-ci ilin sentyabr ayı üçün qəbul almış tələbələr indi rahatlıqlaq otaq növlərini seçməyə başlaya bilərlər, belə ki, biz sizin üçün bütün rezervasiya prosesi ilə məşğul olacağıq.

StudyNet Group vasitəsilə 2022-ci ilin sentyabrında Queen Mary universitetində təhsillərinə başlayan bütün yeni tələbələrə 30 iyun 2022-ci il tarixinədək Queen Mary-nin yaşam yerlərində və ya tərəfdaş provayderlərdən birində seçimə zəmanət veriləcək.

Bizneslə əlaqəli proqramlarla yanaşı, universitet həmçinin yaradıcı tələbələr üçün BA Drama with Creative Writing və MA Creative Writing kimi bir sıra müxtəlif proqramlar da təklif edir.

BA Drama with Creative Writing proqramı tələbələri öyrənməyə, sevgi inkişaf etdirməyə təşviq edir və onları ciddi analitik, ünsiyyət və performans bacarıqları, qruplarda işləmək təcrübəsi və inklüziv şəkildə hərəkət etmək istəyi, tədqiqat bacarıqları və müasir dünyanı anlama, danışıqlar aparmaq və liderlik bacarıqları ilə təchiz edir.

MA Creative Writing proqramı isə xüsusi yazı forması (bədii ədəbiyyat, poeziya, qeyri-bədii ədəbiyyat, performans) ilə maraqlananlar və ya janrlar arasında yaradıcı əlaqələri araşdırmaq həvəsində olan tələbələr üçün idealdır. Proqram zamanı yazıya müxtəlif yanaşmalar və müasir nümunələr də təqdim olunur ki, bu da mühazirələrin daha interaktiv keçməsinə zəmin yaradır.

Ətraflı məlumat və geniş universitet və proqram seçim siyahısı ilə tanış olmaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.