London, Liverpool və New Yorkda 30+ dil proqramı kəşf etməyə hazırsınız?

27 May 2023

London, Liverpool və New Yorkda 30+ dil proqramı kəşf etməyə hazırsınız?

Əlaqə

StudyNet Group sizə ixtisaslı siniflərdə həmfikir tələbələr çevrəsində və peşəkar mühitdə ingilis dili öyrənmək imkanını təqdim edir!

Bütün təklif olunan 30 yaş+ kurslar, irəli məqsədləri olan karyera yönümlü tələbələr üçün tərtib olunaraq bir sıra eksklüziv sosial tədbirləri əhətə edir.

Böyük Britaniyanın mərkəzində yerləşən - London 30+ dil məktəbi əyləncə və peşəkar inkişaf üçün sonsuz imkanlar təklif edərək London Bridge, eləcə də şəhərə və əsas biznes rayonuna yaxındır!

Burada təhsil almaq üçün 5 səbəb:
• Şəhərə və əsas biznes mərkəzinə yaxın yerdə yerləşir.
• Yaxınlıqda saysız istirahət və musiqi məkanları yerləşir ki, bu da dərsdən sonra netvörkinq üçün çox yaxşı fürtsətdir.
• Şəhərin görməli yerlərinə səfərlər təşkil edən geniş sosial proqramdan həzz alacaqsınız.
• West End-də mükafat qazanan musiqili filmlər üçün endirimli biletlər əldə edəcəksiniz.
• Dünyanın hər yerindən həmfikir tələbələrlə birlikdə təhsil alacaqsınız.

Sakit və dinamik bir mühitdə təhsil almağı düşünürsünüzsə, o zaman Liverpul mütləq siyahınızda olmalıdır.
Liverpool 30+ məktəbi şəhərin mərkəzində yerləşərək çoxlu restoranlar, istirahət mərkəzləri və mağazalar ilə əhatə olunmuşdur. Nəzərinizə çatdıraq ki, sizə akkreditə olunmuş Biznes İngilis dili və İmtahana Hazırlıq proqramları təklif edən peşəkar və ya akademik fokuslu ixtisaslaşdırılmış kurslar təklif edirik.

Əlverişli yaşayış xərcləri ilə tanınan Liverpool, büdcədə qənaət etmək istəyən tələbələr üçün ideal seçimdir.

ABŞ-da təhsil almaq arzusundasınızsa, o zaman mütləq Nyu York 30+ məktəbini nəzərdən keçirin. Burada karyera yönümlü tələbələr üçün uyğunlaşdırılmış dərslər tapa bilərsiniz.

Manhettenin mərkəzində yerləşən təhsil müəssisəsində Mərkəzi Parkın və Nyu-Yorkun ecazkar mənzərələrindən həzz alacaqsınız. Bu səs-küylü metropolis sizə unudulmaz ingilis dili öyrənmə təcrübəsi təqdim edəcək.

StudyNet Group yerli və beynəlxalq tələbələrə tam dəstək verən bir çox universitetlərlə yaxın əməkdaşlıq edir. Ali təhsil almaq üçün ən sürətli və doğru addım atdığınıza əmin olmaq üçün aşağıdakı proseslərdə sizə kömək etməkdən məmnun olarıq:
• Universitet, dil kursu, program, ixtisas seçimi;
• Qəbul prosesi;
• Yaşayış yerinin bron edilməsi;
• Viza dəstəyi.

© 2020 SNG, All Rights Reserved.