Universitetin vitse presidenti və Təhsil üzrə direktor müavini Nicola Philips pandemiya dövrü ərzində tələbələrin səyahət etməsində yaranan məhdudiyyətlər və digər sosial məhdudiyyətlər səbəbindən universitetdə ali təhsilin davam etdirilməsi üçün hansı səylərin göstərildiyini gələcək tələbələrin diqqətinə çatdırmaq istəyir.
Universitet sizi salamlayır:
Biz tələbələrin hardan gəlməyindən asılı olmayaraq, hər kəsə ali təhsil almaqda dəstək olmağa çalışırıq. Tələbələrimizin bizimlə Londonda möhtəşəm kampusmuzda olmasını istəsək də, səyahət məhdudiyyətlərindən, vizaların yubanmasından da məlumatımız var və ona görə də, sizə təhsilinizi gecikdirmədən onlayn şəkildə davam etməyi təklif edirik.
Onlayn və kampusda təhsilin kombinasiyası:
Universitet kiçik qruplar şəklində sinif dərsləri və yüksək kefiyyətli onlayn dərslərin birləşməsindən ibarət təhsil platforması planlaşdırır. Kampusda hər bir kəsin təhlükəsizliyini təmin etmək məqsədilə, kampusa keçid edən tələbələr sağlamlıq prosedurlarından keçiriləcəklər. İşçi heyətin, eləcə də tədris aparılan yerlərdə, laboratoriyalarda və sinif otaqlarında tələbələrin sayı daimi olaraq nəzarətdə saxlanılacaq.
Tələbələrin dərs cədvəli:
Birinci semester ərzində tələbələrin 10 faizi üçün cədvəl tərtib olunacaq ki, bu da tələbələrin kampusda keçirdikləri vaxtı makimuma çatdıracaq. Üzbəüz sessiyalar zamanı tələbələrə elmi tövsiyyələrin verilməsi planlaşdırılır. Bu sessiyaların olmadığı günlərdə həmin tələbələrin kampusa gəlməməyi məsləhət görüləcək. Biz hər daim kampusda mümkün qədər çox tələbənin olmasına çalışırıq.
Avadanlıqlar və xidmətlər:
Tələbələr həm kampus şəraitində, həm də onlayn dərslər zamanı yüksək səviyyəli avadanlıq və xidmətlərdən yararlana biləcəklər. Bunlara tələbə birlikləri, kitabxanalar, karyera məsləhəti xidməti, tələbələr üçün mərkəzlər və s. daxildir. Tələbələrə bu xidmət və vasitələrdən ilkin olaraq, virtual şəkildə istifadə etmək tövsiyyə olunacaq, lakin əlbəttə ki onlardan kampus şəraitində istifadə etmək imkanı da yaradılacaq. Fiziki şəkildə kampusa gələn tələbələrin sayına nəzarət etmək üçün kampusa giriş qabaqcadan qeydiyyatdan keçmək yolu ilə aparılacaq.
Biz də başa düşürük ki bu pandemiya şəraiti hər kəsin təhsilinin kefiyyətini şübhə altına alır, çünki Londonda olmaq və kampusda olmaq çox fərqlidir. Lakin biz əlimizdən gələni edirik ki, sizin təhsiliniz unudulmaz təcrübə olsun.
StudyNet Group şirkləti Londonun Kral kolleci ilə uzun illərdir davamlı və uğurlu şəkildə əməkdaşlıq edir. Şirkətin hər il xaricə təhsil almaq üçün göndərdiyi tələbələrinin içərisində KCL universitetinin tələbələri üstünlük təşkil edir. Birləşmiş krallığın top universitetinin təklif etdiyi tədris proqramları haqqında daha ətraflı məlumat əldə etmək, həmçinin şirkətin sizə təklif edəcəyi ödənişsiz xidmətlərdən yararlanmaq isətyirsinizsə yüksək təcrübəli təhsil məsləhətçilərimizin dəstəyinə güvənə bilərsiniz.