"Liderlikdə gənc qadın" sammiti

24 İyul 2021

"Liderlikdə gənc qadın" sammiti

Əlaqə

İngiltərənin ikinci ən böyük şəhəri olan Birminghamda yerləşən Aston Universiteti 1895-ci ildə yaradılıb. Karyeraya istiqamətlənmiş bu universitet 2020-ci ilin Guardian University of the Year 2020 və Times Higher Education adını almışdır.

Keyfiyyətli tədris və tələbə uğurları ilə nüfuz qazanmış bu universitet beynəlxalq icmada fəallıq nümayiş etdirərək, 100-dən çox ölkə ilə əməkdaşlıq edir. Aston universiteti həm bakalavr, həm də magistr dərəcələri üzrə kompyuter elmləri, memarlıq, tibb və biznes kimi sahələrdə magistr dərəcəsi təklif edir. Universitet hər zaman gənc rəhbərlər, qadınlar üçün, xüsusən də yeni nəsil qadın liderləri üçün yeniliklər yaratmağa çalışır.

26 iyul - 2 avqust 2021-ci il tarixlərində İngiltərənin mərkəzində, Birmingham şəhərində, ABŞ-ın Londondakı səfirliyinin dəstəyi ilə Aston Universiteti ilə birgə Birmingham Şəhər Şurası tərəfindən təşkil olunan 80-dən çox gənc qızın iştirakı ilə "Liderlikdə gənc qadın" (Young Woman into Leadership) sammiti baş tutacaq.

83 istedadlı gənc qadın siyasət, idman, biznes, STEM və media kimi müxtəlif mövzularda qadın liderlər tərəfindən keçiriləcək onlayn sessiyalarda iştirak edəcəklər. Sammitin əsas spikerləri sırasında Konsulun müavini Bridcid Cons (Brigid Jones) və Y. Moskito (Y. Mosquito) siyasətdə iştirak edən və öz karyeralarında kifayət qədər uğur qazanmış qadınlar olaraq, öz karyera uğurları barəsində çıxış edəcəklər.

Daha ətraflı məlumatı universitetin veb saytından əldə edə bilərsiniz.

StudyNet Group komandası tələbələrin müraciət ərizələrinin hazırlanmasında, istək məktublarının yazılmasında, universitetdən qəbulun alınmasında, vizanın əldə olunmasında, həmçinin yaşayış yerlərinin bron edilməsində tələbələrə yaxından köməklik göstərir.

© 2020 SNG, All Rights Reserved.