Leicester Universitetindən yeni təklif

07 Avqust 2021

Leicester Universitetindən yeni təklif

Əlaqə

Leicester universiteti tələbələrə beynəlxalq platformalara çıxış, dünyagörüşlərini genişləndirmək, qlobal imkanlardan yararlanmaq imkanı verir.

Belə ki, 1921-ci ildə əsası qoyulmuş, 1957-ci ildə Royal Charter adı qazanmış bu universitet ən çox tələbə məmnuniyyətinə sahib təhsil müəssisələrindən biri kimi çıxış edir. Daim gənclər üçün yeni təkliflər üzərində çalışan Leicester universiteti bu dəfə Böyük Britaniya Hökümətinin təklif etdiyi 110 milyon funt sterlinq dəyərində proqram ilə öz tələbələrinə üfüqlərini genişləndirmək imkanı yaradır.

Britaniya şurası və Ecorys UK’in dəstəyi ilə həyata keçirilən Turinq proqramı çərçivəsində Leicester universiteti 2021/22-ci tədris ilində beynəlxalq təlim və iş təcrübəsi ilə təmin etmək məqsədi ilə maliyyə qazanmışdır. Bununla da müxtəlif sahələr, eləcə də proqramlar üzrə təhsil alan tələbələr, həmçinin məzunlar təhsillərini mükəmməlləşdirmək üçün xaricdə təhsil alıb və işləmək imkanı qazanacaqlar.

Görkəmli İngilis filosofu, riyaziyyatçısı Alan Turinqin şərəfinə adlandırılan bu proqram tələbə və məzunlara gələcək karyera arzuları ilə real beynəlxalq təcrübə arasında körpü rolunu oynayır. Qeyd olunmalıdır ki, proqramdan qazanılan maliyyə dəstəyi 4 həftədən 12 aya qədər xaricdə qalıb işləmək fürsəti verir.

Ətraflı məlumat ilə universitetin rəsmi saytından tanış ola bilərsiniz.

Leicester universitetinin əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaşlardan biri olaraq StudyNet Group şirkəti və təcrübəli təhsil məsləhətçiləri sizi maraqlandıran qəbul prosesi, tələbə vizasının əldə olunması, xaricdə yaşayış yerlərinin rezerv olunması və s. kimi bir sıra suallarda kömək etməyə hazırdır.

© 2020 SNG, All Rights Reserved.