Leicester Universitetində Sentyabr ayı üçün hazırlıqlar

19 İyun 2021

Leicester Universitetində Sentyabr ayı üçün hazırlıqlar

Əlaqə

Leicester universiteti 2021-ci ilin Sentyabr ayında ölkəyə səfər edəcək tələbələri üçün təhlükəsizlik tədbirləri görməyi planlaşdırır. Birləşmiş Krallıq hökumətinin qərarına əsasən ölkələr Yaşıl, Sarı və Qırmızı siyahı üzrə qruplaşdırılıblar və Leicester universiteti də, öz tələbələrini bu qruplaşmaya müvafiq şəkildə qarşılayacaq. Belə ki:

  • Yaşıl siyahıya daxil olan ölkələrdən birbaşa və ya dolayı yolla keçməklə səfər edən tələbələr karantin müddəti keçməyəcək.
  • Sarı siyahıya daxil olan ölkələrdən birbaşa və ya dolayı yolla keçməklə səfər edən tələbələrə 10 günlük karantin rejimi tətbiq ediləcək. Bu tələbələrin qalması üçün yerlər, müvafiq qida və digər ehtiyaclar universitet tərəfindən ödəniləcək.
  • Qırmızı siyahıya daxil olan ölkələrdən birbaşa və ya dolayı yolla keçməklə səfər edən tələbələr xüsusi ayrılmış karantin otellərdə 10 gün karantin müddəti keçməli olacaqlar. Bu zaman, ödənişi tələbə özü edəcək, lakin otel xərclərinin £1,750 qədər hissəsi universitet tərəfindən tələbəyə geri ödəniləcək.

Yuxarıda qeyd olunan qaydalarla bağlı ətraflı məlumat universitetin rəsmi saytının müvafiq bölməsində ətraflı şəkildə qeyd olunub.

Nəzərinizə çatdıraq ki, universitetin bakalavr pilləsinə ərizə qəbulu hələ davam edir. Əgər ilk müraciətiniz uğursuz olarsa, 2-ci mərhələdə, 5 İyulda elan olunacaq “Clearing” mərhələsində universitetin boş qalan yerlərinə müraciət edə biləcəksiniz.

Leicester universiteti hər il müxtəlif reytinqlərin sıralamalarında ən yuxarı pillələrdə qərarlaşır. Universitet, tədrisin keyfiyyətini müəyyən edən gümüş TEF (Teaching Excellence Framework) mükafatına layiq görülüb.

Leicester universitetin təklif etdiyi proqramlar, qəbul şərtləri, tələbə vizasının əldə olunması, xaricdə yaşayış yerlərinin rezerv olunması və digər məsələlərlə bağlı sizi maraqlandıran suallarınızı şirkətimizin təcrübəli məsləhətçilərinə ünvanlaya bilərsiniz. Universitetin əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaşlardan biri kimi, biz sizə bütün prosses üzrə tam dolğun məlumat verməyə hazırıq.

© 2020 SNG, All Rights Reserved.