Leicester Universiteti yeni tədris ilində

16 İyul 2020

Leicester Universiteti yeni tədris ilində

Əlaqə

Leicester universiteti qarşıdan gələn Sentyabr 2020 tədris ili üçün tələbələrə şəhərdəki karantin rejimi və üzbəüz sesssiyaların bərpa edilməsi üzrə dövlətorqanları ilə apardığı əməkdaşlıq haqqında məlumat vermək istəyir. Universitet tələbələrin təhlükəsizliyini və onlara verilən təhsilin kefiyyətini düşünür, ona görə də, bu çətin günlərdə Leicester universitetində təhsilin kefiyyətinin aşağı düşməməsi məqsədilə yeni yollar üsullar axtarışındadır:

  • Onlayn və real dərsləri özündə birləşdirən innovativ qarışıq proqramlar
  • Sosial icmalar üçün nəzərdə tutulan və 13 İyul 2020 tarixdən start götürən “yaşa və öyrən” proqramı
  • Bütün proqramlar çərçivəsində tələbələrə təhlükəsizlik paketləri və əl dezinfeksiyaedicilər paylanacaq.
  • COVID-19 riskini azaltmaq üçün kampus ərazisində yüksək səviyyədə təhlükəsizlik təmin ediləcək.
  • Universitetin yataqlanaları karantin dövründə xüsusilə əcnəbi tələbələri nəzərdə tutan təkliflər planlaşdırır.

Leicester universiteti tələbələrin təhlükəsizliyi təmin etmək üçün dövlət orqanları ilə sıx əməkdaşlıq edir. Universitetin işçi heyəti və tələbələri arasında virusa yoluxma səviyyəsi çox aşağıdır və universitet xəstələrin vəziyyətini daim nəzarətdə saxlayır.

Qarşılanma günləri:
Sentyabr ayının sonuna qədər Leicester universiteti hər həftəin çərşənbə günləri məlumatverici sessiyalar təşkil edir. Bu tədris ili ilə bağlı istənilən sualınızı universitet nümayəndələri çat vasitəsilə cavablandıracaq.

Böyük araşdırma:
Wolfson fondundan əldə olunan 500,000 dollar qrant vasitəsilə universitet dərin səthlərin araşdırılması ilə məşğul olacaq mərkəzin tikintisinə başlayıb. Mərkəz Space Park Leicester ərazisində tikiləcək.

Unviersitetin beynəlxalq partnyorlarından olan StudyNet şirkəti artıq uzun illərdir ki, yerli və xarici tələbələrin Leicester araşdırma universitetində təhsilin istənilən səviyyəsi üzrə proqramlara qəbul almaqda, sənədlərin toplanmasında, proqram seçimində, viza və xaricdə yaşayış yerlərinin təşkilindən yaxından köməklik edir və bu xidmətlər tam olaraq ödənişsiz həyata keçirilir.

Xaricdə təhsil həm də təcrübədir.

© 2020 SNG, All Rights Reserved.