KCL universitetində post-bakalavr tələbələri üçün təqaüdlər

16 Dekabr 2020

KCL universitetində post-bakalavr tələbələri üçün təqaüdlər

Əlaqə

Birləşmiş Krallığın top universitetlərindən olan Kings College London yerli və əcnəbi tələbələrə çoxistiqamətli bakalavr və post-bakalavr dərəcələri üzrə təhsil proqramları, eləcə də, bu proqramlar üzrə çoxsaylı təqaüd proqramları təklif edir. KCL universitetinin təqaüd proqramlarına müraciət prossesi çox asandır, belə ki, siz dərəcə proqramlarına müraciət edən zaman müvafiq hissəni işarələməklə, eyni zamanda təqaüd proqramı üçün də müraciət edə bilərsiniz.

Universitetin cari və gələcək post-bakalavr tələbələri üçün təklif etdiyi təqaüd proqramlarından bəziləri aşağıda qeyd olunub:

Alexandros Petersen təqaüdü – Konfliktologiya, Təhlükəsizlik və İnkişaf proqramının magistratura dərəcəsinə müraciət edən tələbələr üçün £42,000 dəyərində təhsil haqqı və aylıq stipendiya təklif edir. Bu proqrama müraciət etmək üçün son tarix 18 Dekabr 2020-ci ildir.
Hələ də seçim etməkdə çətinlik çəkən magistratura tələbələri təqaüdün son günlərindən istifadə edə bilərlər.

  • Post-bakalavr Magistratura təhsili üzrə qrant - £11,222 dəyərində iyanə bütün proqramlar üçün yeni müraciət edən və hazırda təhsil alan tələbələrə təqdim olunur.
  • Post bakalavr Doktorluq təhsili üzrə qrant - £26,445 dəyərində iyanə bütün proqramlar üçün yeni müraciət edən və hazırda təhsil alan tələbələrə təqdim olunur.
  • Səhiyyə və psixologiya təhsili üzrə Dr.Antony Kidman təqaüdü - £10,770 dəyərində iyanə Səhiyyə Psixologiya ixtisası üzrə magistratura proqramına yeni müraciət edən tələbələrə təqdim olunur.
  • Bosco Tso & Emily Ng təqaüdü – £22,500 dəyərində iyanə Dickson Poon Hüquq məktəbinə yeni müraciət edən tələbələrə təqdim olunur.
  • Norman Spink təqaüdü – £10,000 dəyərində iyanə Dickson Poon Hüquq məktəbinə yeni müraciət edən tələbələrə təqdim olunur.
  • Stem Təhsili üzrə müəllimlər üçün təqaüd – təhsil haqqının 70%-i dəyərində iyanə Təhsil, Kommunikasiya və Cəmiyyət proqramına yeni müraciət edən tələbələrə təqdim olunur.
  • Qlobal məsələlər məktəbinin təqaüdü – iyanənin məbləği dəyişəndir və bu məktəbin yeni tələbələrinə təqdim olunur. Bu təqaüd bakalavr tələbələrinə də şamil edilir.

Bu təqaüd proqramları KCL universitetinin təklif etdiyi təqaüdlərin yalnız müəyyən qismidir və müraciət üçün son tarix İyun/İyul 2021-dir. Təqaüdlərə müraciət üçün tələblər, uyğunluq kriteriyaları və s. məlumatlar aşağıdakı linkdə verilib:
Təqüd proqramları haqqında

StudyNet Group - KCL universitetin Azərbaycanda yeganə partnyoru olmaqla yerli və əcnəbi tələbələrin Biləşmiş Krallıqda təhsil alması üçün hərtərəfli dəstək göstərir.

© 2020 SNG, All Rights Reserved.