Kaplan StudyNet Xaricdə Təhsil Sərgisində!

09 Noyabr 2022

Kaplan StudyNet Xaricdə Təhsil Sərgisində!

Əlaqə

İngiltərə, Amerika və ya Avropada yüksək ali təhsil almaq istəyən gənclərin nəzərinə!

24 noyabr baş tutacaq StudyNet Xaricdə Təhsil Sərgisində iştirak edərək geniş beynəlxalq universitet seçimləri, eləcə də Beynəlxalq Hazırlıq kursları, Dil kursları və məktəblər haqqında geniş məlumat almaq, rəsmi nümayəndələr ilə görüşmək imkanını qaçırmayın! Qeydiyyatdan keçməyə tələsin!

Artıq bildiyiniz kimi, beynəlxalq universitetlər bakalavr pilləsinə daxil olmaq üçün 12 illik akademik təhsil keçmişi tələb edir. Əgər 11 illik orta məktəb diplomuna sahibsinizsə və 1 il akademik kredit necə toplayacağınızı bilmirsinizsə, narahat olmağa dəyməz. Kaplan International Pathways 1 illik beynəlxalq "Foundation" proqramı əldə etmək imkanı verərək istədiyiniz bakalavr təhsilinə keçid etməyinizə kömək edir.

KAPLAN Beynəlxalq Hazırlıq kursları seçdiyi proqramın ilkin qəbul tələblərinə tam cavab verməyən tələbələrə tələb olunan səviyyəni yenidən qazanmaq fürsəti təqdim edir. Kaplan, həmçinin bakalavr və ya magistr proqramlarına birbaşa qəbulu da təmin edir. Bunlarla yanaşı, tələbələr təklif olunan ingilis dili hazırlıq kursları vasitəsilə ingilis dili dərəcəsini qəbul tələblərinə uyğun olaraq təkmilləşdirə bilərlər.

Tələbələr akademik müvəffəqiyyət göstəricilərinə əsaslanaraq, həmçinin Böyük Britaniyada təklif olunan proqramlar üçün təhsil haqqına endirim əldə etmək imkanı da qazanırlar.

StudyNet Group olaraq, Kaplan ilə möhkəm tərəfdaşlığımız bizə tələbələrə müxtəlif proqramlara və bir sıra ali təhsil imkanlarına qəbul prosesində əhəmiyyətli köməklik göstərməyə imkan verir. Biz sizə müraciət prosesində bələdçilik etməkdən və axtardığınız təhsilə nail olmaqda köməklik etməkdən hər zaman məmnunuq.
• Viza dəstəyi
• Qəbul tələblərinin sadələşdirilməsi
• Universitet və proqram seçimində rəhbərlik
• Yerləşdirmə xidmətləri
• Sənədlərin hazırlanması
• Akademik məsləhət

© 2020 SNG, All Rights Reserved.