KAPLAN - Oktyabr və Noyabr sessiyaları

23 Sentyabr 2021

KAPLAN - Oktyabr və Noyabr sessiyaları

Əlaqə

KAPLAN Beynəlxalq Hazırlıq kursları sentyabr qəbulunda iştirak edə bilməyən tələbələrə qarışıq (blended) və ya rəqəmsal öyrənmə metodologiyasından istifadə edərək İngiltərədə təhsil proqramına başlamaq və 2022-ci ildə dərəcəyə sahib olmaq şansı təqdim edir.

Payız semesterində iştirak edə bilməyən tələbələr oktyabr və noyabr aylarında təhsil almaq imkanına malikdirlər.
KAPLAN'ın İngiltərədəki demək olar ki, bütün təhsil mərkəzlərində oktyabr və noyabr ayları üçün qəbul kursları var. Kurslar, UKVI'nin hər zamanki tələblərinə əsaslanan IELTS 4.0-dan 5.5-ə və ya buna bərabər, bir sıra hazırlıq səviyyələrində təqdim olunur.

Nəzərinizə çatdıraq ki, Kaplan Pathways 11 illik orta təhsil bazasından Avropa və Amerikanın yüksək reytinqli universitetlərində bakalavr dərəcəsi üzrə təhsil almaq istəyən tələbələrə 1 illik Hazırlıq proqramı təklif edir. Proqramı bitirdikdən sonra tələbələr seçdikləri universitetdə və ya digər universitetlərin bakalavr proqramlarından asanlıqla qəbul ala bilər.

Qeyd olunmalıdır ki, oktyabr və noyabr qəbulları ilin sonunadək dərslərdə iştirak edə bilməyən tələbələr üçün ən uyğun seçimdir.

Tədris ilinə daha tez başlamaq istəyən tələbələr üçün sentyabr ayından başlayacaq kurslara qeydiyyat hələ də açıqdır və bundan əlavə daha gec başlayacaq tələbələr keçilən dərslərdən geri qalmamaları üçün lazımi addımlar atılmışdır.

StudyNet Group şirkəti KAPLAN Beynəlxalq Hazırlıq kursları ilə uzunmüddətli əməkdaşlığa sahibdir və təklif olunan proqramlarda iştirak etmək istəyən tələbələrə bütün ərizə prossesi müddətində tam dəstək göstərməyə hazırdır.

Qeyd edək ki, proqramlar üçün ərizə qəbulu davam edir. Hər hansı proqramla bağlı ətraflı məlumat əldə etmək üçün şirkətimizin təcrübəli məsləhətçilərinə müraciət edə bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.