Kaplan Language Schools-da ən uyğun Dil Kursunuzu seçin

03 Sentyabr 2022

Kaplan Language Schools-da ən uyğun Dil Kursunuzu seçin

Əlaqə

Kaplan Language Schools Böyük Britaniya, İrlandiya, Fransa, Almaniya, İsveçrə, Kanada və ABŞ-da fərdi və qrup ingilis, fransız və alman dili kursları təklif etməyə davam edir.

Kaplan, tələbələrin nəyə ehtiyac duyduğunu və qarşılaşa biləcəyi çətinlikləri bilmək üçün uzun müddətdir ki, xarici dil tədrisində təcrübəyə sahibdir. Kaplan tələbələrimizin müxtəlif sahələrində inkişaf etməsinə köməklik edir. Onlara təkcə dil bilikləri deyil, həm də özünə inam, mədəniyyətlərarası münasibət və həyat imkanları kimi bir sıra bacarıqları da aşılayır.

Kaplan Language Schools tədris planını tam şəkildə həyata keçirmək üçün interaktiv təlim modulundan istifadə edir. Təhsil almaq istədiyiniz müddətdən asılı olmayaraq hədəfləriniz nə olursa olsun, burada maraqlarınıza, ambisiyalarınıza və cədvəlinizə uyğun dil kursu tapacaqsınız.

Kaplan tədris müddətinə, təhsil mərkəzinə əsaslanaraq, müxtəlif dil və ölkələrdə kurs seçimləri təklif edir. Əgər siz də ümumi ingilis dili səviyyənizi və ya xüsusi imtahan üçün dil səviyyənizi təkmilləşdirməlisinizsə və ya sadəcə səlis danışıq qabiliyyətinizi irəli mərhələyə qaldırmağı planlayırsınızsa, Kaplan kursları uyğun dərs planı seçə biləcəyiniz ən yaxşı seçimlərdən biridir.

Təklif olunan seçimlər:

  • General English;
  • Intensive English Course;
  • Semi-Intensive English Course;
  • Flexible German and French courses;
  • Business English.

StudyNet Group-u seçdiyiniz zaman, inkişafınıza nail olmaqda sizə kömək etmək üçün etibar edə biləcəyiniz agenti seçmiş olursunuz. Təhsilinizi ən faydalı və rahat şəkildə təcrübə etməyiniz üçün bütün proseslərdə köməklik göstərilir.

© 2020 SNG, All Rights Reserved.