Kaplan Hazırlıq kurslarında payız sessiyaları...

23 İyun 2021

Kaplan Hazırlıq kurslarında payız sessiyaları...

Əlaqə

Kaplan Beynəlxalq Hazırlıq kursları payız sessiyasında Birləşmiş Krallıqda təhsilə başlayacaq tələbələr üçün qarışıq (blended) və onlayn təhsil variantlarını təklif edəcək. Təhsil müəssisəsi tələbələrin təhlükəsiz şəraitdə tədris prossesində iştirakını təmin etmək məqsədilə bütün lazımi tədbirləri həyata keçirib. Tələbələr Dövlət Səhiyyə Xidməti tərəfindən rahat şəkildə vaksinləşdirilə biləcəklər. Bundan başqa Kaplan tələbələrə karantin müddəti ərzində də tam dəstək göstərməyi planlaşdırır və artıq tədris mərkəzlərindəki yaşayış yerləri ilə müddətsiz müqavilələr imzalayıb.

Səfər etmək üçün hələ hazır olmayan tələbələr isə təhsillərinə onlayn başlayıb sonradan kampusda davam etdirə biləcəklər. Bu mümkün olmadıqda isə bəzi kolleclər bütün təhsili onlayn şəkildə başa vurmaq imkanı yaradır.

Tədrisin hansı formada aparılmasından asılı olmayaraq, tələbələr təhsillərini eyni - yüksək keyfiyyətlə əldə edə biləcəklər.
Nəzərinizə çatdıraq ki, Kaplan Pathways 11 illik orta təhsil bazasından Avropa və Amerikanın yüksək reytinqli universitetlərində bakalavr dərəcəsi üzrə təhsil almaq istəyən tələbələrə 1 illik Hazırlıq proqramı təklif edir. Proqramı bitirdikdən sonra tələbələr seçdikləri universitetdə və ya digər universitetlərin bakalavr proqramlarından asanlıqla qəbul ala bilər.

Şirkətin təklif etdiyi pre-master proqramında iştirak edən tələbələr ingilis dili səviyyələrini təkmilləşdirməklə dünyanın istənilən yüksək reytinqli universitetlərində magistratura pilləsi üzrə proqramlara müraciət edib müsabiqə mərhələlərini uğurla tamamlaya bilərlər.

StudyNet Group şirkəti Kaplan Pathways ilə uzunmüddətli əməkdaşlığa dayanaraq, Hazırlıq proqramlarında iştirak etmək istəyən tələbələrə bütün ərizə prossesi müddətində tam dəstək göstərməyə hazırdır.

Qeyd edək ki, proqramlar üçün ərizə qəbulu davam edir. Hər hansı proqramla bağlı ətraflı məlumat əldə etmək üçün şirkətimizin təcrübəli məsləhətçilərinə müraciət edə bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.