Kaplan Beynəlxalq Hazırlıq proqramlarından yenilik!

21 Avqust 2021

Kaplan Beynəlxalq Hazırlıq proqramlarından yenilik!

Əlaqə

Kaplan Beynəlxalq Hazırlıq proqramları hər bir tələbəni sevindirəcək Beynəlxalq Birinci İl (İYO) proqramında yeniliklər elan edib!

2005-ci ildə qurulan Kaplan şirkəti hər bir insana öz məqsədlərinə nail olmaq üçün imkanlar təqdim edir. Yuxarı sinif şagirdlərindən sahibkarlara qədər Kaplan imtahanların verilməsi üçün hazırlıq, peşəkar lisenziyalaşdırma və sertifikatlaşma üzrə ekspertlərin hazırlanması, həmçinin korporativ təlim, liderlik və peşə inkişafı və təhsil məsləhət xidmətləri kimi bir sıra geniş proqramlar təklif edir.

Amerika Birləşmiş Ştatları, Avstraliya və Böyük Britaniya kimi ölkələrdə olan universitetlərlə güclü tərəfdaşlıq münasibətləri sayəsində Kaplan ali təhsil almaq üçün geniş imkanlar açır.

Bundan əlavə, tələbələr artıq Beynəlxalq Birinci İl (IYO) Stajı ilə peşəkar təcrübə əldə edə bilərlər. Sözügedən proqram əvvəlcədən tələbələrin inteqrasiya olunmuş onlayn təcrübə ilə peşəkar təcrübə əldə etmə imkanı da daxil olmaqla 3 semestr müddətində bir proqram olaraq mövcud idi. İndi Kaplan bu yeni fürsət üçün 3.5 və 4 semestr müddətli seçimlər təqdim edir!

İmkanlar:

  • 3; 3.5; 4 semestr müddətində Britaniya təhsili;
  • 2 semestr akademik təhsil, 1 semestr onlayn təcrübə;
  • Dərəcə təhsilinə başlamazdan əvvəl iş təcrübəsi imkanı;
  • Geniş sahə seçimi;
  • Həftəlik 15-30 saat müddətində iş təcrübəsi.

Qeyd etmək lazımdır ki, tələbələr IYO təcrübəsi ilə gələcək karyera perspektivlərini artıraraq, ingilis dili və CV-lərini inkişaf etdirə bilərlər. Onlar müxtəlif ölkələrdə 3500-dən çox ev sahibi şirkətlərindən birində kadr idarəçiliyi, maliyyə, rəqəmsal marketinq, informatika, mühəndislik və s. kimi 18 müxtəlif karyera sahələrində təcrübə keçə bilərlər.

Şirkətimizin Kaplanla olan sıx əməkdaşlığı sayəsində, biz tələbələrə bir çox proqramlara qoşulmaq və ali təhsil imkanlarını dəyərləndirməkdə yaxından köməklik edirik. Bir sıra xidmətlərimizlə yanaşı, sizə ərizələrin hazırlanması prossesində köməklik göstərməyə və arzu etdiyiniz ali təhsilə çatmağınıza dəstəkçi olmağa hər zaman hazırıq.

© 2020 SNG, All Rights Reserved.