Kaplan Beynəlxalq Hazırlıq Proqramları - təqaüdlə

21 Yanvar 2021

Kaplan Beynəlxalq Hazırlıq Proqramları - təqaüdlə

Əlaqə

Beynəlxalq təhsil provayderlərindən olan Kaplan International Pathways, əcnəbi tələbələrin Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıq universitetlərində ali dərəcə təhsili, ali təhsilə hazırlıq proqramları və hazırlıq proqramından sonra ali təhsilə keçid proqramları üzrə bir neçə təqaüd proqramı elan edir.

Amerikada ali dərəcə üzrə təqaüd proqramları
Kaplanınn ABŞ-da yerləşən partnyor universitetləri ali dərəcə təhsili üçü müraciət edib, qəbul almış və yüksək nəticə göstərən əcnəbi tələbələr üçün təqaüd proqramı təklif edir. Provayderin Amerikada yerləşən partnyor universitetləri sırasına daxil olan :

Arizona State University – bakalavr dərəcəsi üzrə təqaüd
Təqaüd proqramına müraciət etmək üçün əlavə ərizə formasına ehtiyac yoxdur. Universitet 1-ci ilə qəbul olan tələbələr üçün 5 -15 min ABŞ dolları məbləğində (kampusdan asılı olaraq) illik yenilənən təqaüd təklif edir. 2 və ya 3-cü kursdan universitetə transfer əsaslarla qəbul olan tələbələr üçün təqaüdün məbləği 3 300 – 10 000 dollar təşkil edir və hər il yenilənir.

Arizona State University – magistr dərəcəsi üzrə təqaüd
Universitetin magistratura pilləsinə müraciət edən tələbələr təqaüdü əldə etmək üçün GPA 3.50+ göstəricilərinə sahib olmalıdırlar.
Təqaüdün məbləği ərizəçinin müraciət etdiyi kampusdan asılı olaraq 2 500, 5 000 və 10 000 ABŞ dolları təşkil edir.

ASU’s Thunderbird School of Global Management (Qlobal Menecment üzrə magistr təhsili)
Universitetin təklif etdiyi təqaüd proqramına müraciət etmək üçün tələbələr ayrıca ərizə forması təqdim etməlidirlər. Təqaüdün məbləği isə orta hesabla 30 000 ABŞ dolları təşkil edir.

Pace University - bakalavr dərəcəsi üzrə təqaüd
Nyu-York şəhərində tələbələrin yaşam xərclərinə dəstək olmaq üçün universitet yüksək nəticə göstərən əcnəbi tələbələrə təhsil haqqının 64%-nə qədər məbləğdə təqaüd təklif edir. PACE universitetinə müraciət edən tələbələr avtomatik olaraq təqaüd üçün də nəzərdən keçiriləcəklər.

Pace University – magistratura dərəcəsi üzrə təqaüd
Bakalavr təhsili üzrə GPA 3.3+nəticələri ilə PACE universitetinin post-bakalavr pilləsinə müraciət edən tələbələr bu təqaüd üçün də nəzərdən keçiriləcəklər. Təqaüdün məbləği magistratura proqramından və ərizəçinin qiymət göstəricilərindən asılı olaraq, hər il üçün 1 500 – 6 000 dollar arası dəyişir.

Simmons University - bakalavr dərəcəsi üzrə təqaüd
Universitet lider qadınlara dəstək üçün Boston şəhərində təhsil haqqının 50%-i məbləğində təqaüd təklif edir ki, bu da 4 illik təhsil müddəti boyunca 80 000 dollar təşkil edir. Təqaüdə müraciət etmək istəyən açıq fikirli, intellektual səviyyəyə malik, liderlik bacarıqlarına sahib, cəmiyyətin sosial həyatında aktiv rol oynayan qadın tələbələr öz maraqlarını ifadə edən video rolik çəkərək və ya esse yazaraq ərizə forması ilə birlikdə təqdim edə bilərlər.

The University of Tulsa – bakalavr dərəcəsi üzrə təqaüd
Universitet yüksək nəticələr göstərən əcnəbi tələbələrə 22 000 dollar məbləğində Beynəlxalq Liderlik Təqaüdü təklif edir.
Universitetə müraciət edən tələbələr əvvəlki təhsillərində əldə etdikləri göstəricilərə uyğun olaraq, təqaüd üçün də nəzərdən keçiriləcəklər və 4 illik təhsilləri boyunca 2.0 GPA nəticələrini qoruyub saxladıqları müddət üzrəbu təqaüdü əldə edə biləcəklər.

Tulsa universiteti həmçinin Beynəlxalq Bakalavryat (International Baccalaureate) üzrə təhsil alan tələbələr üçün də təhsil haqqına illik 3 000 dollar məbləğində endirim təklif edir. Təqaüd 4 il ərzində GPA 3.0 qiymətlərini nümayiş etdirən tələbələrə təqdim olunacaq.

Hazırlıq proqramı üzrə təqaüdlər.
Kaplan provayderi Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında hazırlıq proqramı üzrə yüksək nəticə göstərən tələbələr üçün də təqaüd imkanları təklif edir. Namizədlər əvvəlki təhsillərində nümayiş etdirdikləri qiymət göstəricilərinə görə seçiləcəklər və onların kursa qəbulu zamanı təhsil haqlarına endirim tətbiq olunacaq.

Bundan başqa Kaplan Hazırlıq proqramından universitetlərin ali dərəcə proqramlarına adlayan tələbələr üçün də təqaüd proqramları nəzərdə tutulur. Bu təqaüdlər üzrə də, namizədlərin seçimi əvvəlki təhsil pilləsinin GPA göstəricilərinə əsasən təyin edilir və təhsil haqqına endirim şəklində tətbiq olunur.

Kaplan International Pathways provayderinin Azərbaycanda rəsmi tərəfdaşı olan StudyNet Group şirkətinin əməkdaşları sizə Kaplanın təklif etdiyi təhsil proqramları haqqında ətraflı məlumat verə, müraciət etmək istədiyiniz təqaüd proqramına uyğun şəkildə istiqamətləndirə, universitetə müraciət ərizəsinin hazırlanmasından, qəbul məktubunun əldə olunmasına qədər bütün prossesi yaxından izləyib sizi yekun nəticə ilə bağlı məlumatlandıra bilər. Nəzərinizə çatdırırıq ki, bütün bu xidmətlər tamamilə ödənişsiz şəkildə şirkətimizin təcrübəli təhsil məsləhətçiləri tərəfindən icra ediləcək. Xaricdə yaşayış yerlərinin seçilib bron edilməsi də xidmətlərimizə daxildir.
Bundan başqa şirkətimizin viza departamenti sizə tələbə vizasının əldə olunmasında yardımçı olacaq.

Xidmətlərimizə müraciət üçün şirkətimizin əlaqə vasitələri daim aktivdir.

© 2020 SNG, All Rights Reserved.