Kaplan Beynəlxalq Hazırlıq proqramları

24 Aprel 2020

Kaplan Beynəlxalq Hazırlıq proqramları

Əlaqə

Kaplan gələcək tələbələrinə £5,000 məbləğində təqaüddən yararlanmaq imkanı təqdim edir!
Kaplanda Ali təhsil:

Kaplan Beynəlxalq hazırlıq proqramları 2005-ci ildə təsis edilib və bu müddət ərzində 20 mindən çox tələbəyə dünyanın bir çox universitetlərində ali təhsil almaq imkanı verib. Kaplanın Amerika Birləşmiş Ştatları, Avstraliya və Birləşmiş Krallıq universitetləri ilə qurduğu sıx əməkdaşlıqlar tələbələrə ali təhsil üçün əvəzolunmaz imkanlar yaradır.

Kaplan Beynəlxalq Hazırlıq proqramını tamamladıqdan sonra, tələbələr bakalavr təhsilin ilk ilində £5,000-a qədər yenilənən təqaüdlə, Birləşmiş Krallıqda bakalavr təhsilinə adlamaq imkanı əldə edir. Tələbənin akademik göstəricilərindən asılı olaraq, tələbəyə Birləşmiş Krallıq universitetində keçdiyi hazırlıq kursu üzrə də endirim təklif olunacaq. Kaplan Beynəlxalq Hazırlıq proqramları aşağıda qeyd olunan mərkəzlərdə təşkil olunur:

  • Bournemouth Universitetinin Beynəlxalq Kolleci
  • Glasgow Beynəlxalq Kolleci
  • Kaplan London Beynəlxalq Kolleci
  • Nottingham Trent Beynəlxalq Kolleci
  • Brighton Universiteti Beynəlxalq Kolleci
  • Essex Universiteti Beynəlxalq Kolleci
  • Liverpool Universiteti Beynəlxalq Kolleci
  • Nottingham Universiteti Beynəlxalq Kolleci
  • Nottingham Universiteti Mühəndislik fakultəsi
  • York Universiteti Beynəlxalq Hazırlıq Kolleci
  • UWE Bristol Beynəlxalq Kolleci

Ərizə üçün tələblər:
• Passportun surəti və Birləşmiş Krallıq vizaları (əgər varsa)
• İngilis dili bilikləri üzrə sertifikat
• Akademik qiymət göstəriciləri

Bütün sənədləri eyni vaxtda təqdim etmək tələb olunmur. Əksik olan sənədləri sonradan da təqdim etmək olar.
Kaplan, il ərzində bir neçə dəfə sənəd qəbul elan edir və ərizələrin nəticələri 1-5 iş günü ərzində təqdim olunur.

StudyNet Group şirkətinin təqdim etdiyi xidmətlər:
Şirkətimizin Kaplanla olan sıx əməkdaşlığı sayəsində, biz tələbələrə bir çox proqramlara qoşulmaq və ali təhsil imkanlarını dəyərləndirməkdə yaxından köməklik edirik. Aşağıda qeyd olunan xidmətlərimizlə, sizə ərizələrin hazırlanması prossesində köməklik göstərməyə və arzu etdiyiniz ali təhsilə çatmağınıza dəstəkçi olmağa hər zaman hazırıq:
• Viza dəstəyi
• Ərizə şərtlərinin ödənilməsi
• Universitet proqramları üzrə bələdçilik
• Qalmaq üçün yerlərin təşkili
• Sənədlərin hazırlanması
• Akademik konsultasiya

© 2020 SNG, All Rights Reserved.