KAPLAN ABŞ müraciət tarixləri - Yaz 2022

27 Oktyabr 2021

KAPLAN ABŞ müraciət tarixləri - Yaz 2022

Əlaqə

KAPLAN Beynəlxalq Hazırlıq kursları seçdiyi proqramın ilkin qəbul tələblərinə tam cavab verməyən tələbələrə tələb olunan səviyyəni yenidən qazanmaq fürsəti təqdim edir.

2022-ci ilin yanvar və ya mart aylarından Kaplanın əməkdaşlıq etdiyi ABŞ universitetlərində təhsilə başlamaq istəyən tələbələrə universitet seçimlərini etməyə və qəbul prosesinə başlamağı tövsiyə edirik.

Qeyd edək ki, proqramlar Arizona Dövlət Universitetində, Nyu-York Pace Universitetində və Boston Simmons Universitetində mövcuddur.

Nəzərinizə çatdıraq ki, erkən müraciət üçün son tartix noyabırın əvvəlinə təsadüf edir. Sizi əmin edə bilərik ki, peşəkar təhsil məsləhətçilərimiz universitet seçimi, qəbul prosesindən tutmuş tələbə vizasının əldə edilməsinə və yaşayış yerinin bron edilməsinə qədər bütün proseslərdə sizə bələdçilik edəcək, eləcə də təhsil müddəti ərzində davamlı dəstək göstərəcəklər.

Kaplan Pathways bir sıra xidmətlər təqdim edir ki, bunlardan biri ABŞ universitetlərinə bakalavr və ya magistr proqramları üçün hazırlıq proqramlarında iştirak etmək üçün qəbula kömək göstərməsidir. O, həmçinin ABŞ-ın bakalavr və ya magistr proqramlarına birbaşa qəbulu da təmin edir. Həmçinin, tələbələr təklif olunan ingilis dili hazırlıq kursları vasitəsilə ingilis dili dərəcəsini qəbul tələblərinə uyğun olaraq təkmilləşdirə bilərlər.

Müraciət tarixləri, universitetlər və digər bu kimi proseslər haqqında hər hansı bir sualınız varsa, bizə zəng etməkdən çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.