Kanadada yay düşərgəsi

10 Fevral 2021

Kanadada yay düşərgəsi

Əlaqə

Bir illik fasilədən sonra artıq yay düşərgələri bu ilin yay tətili üçün macarə dolu planlar qurur. Bu silsilədən, Kanadada keçiriləcək Academic Camp 11-17 yaş arası məktəblilərin yay tətillərini əylənərək və öyrənərək keçirmələri üçün macəra, adrenalin və həyacan dolu, eyni zamanda Tibb və Komputer elmləri sahəsində biliklər əldə edəcəyi bir düşərgə vəd edir. Düşərgə iştirakçıları New Brunswick və ya British Columbia kampuslarında yerləşdiriləcəklər. Düşərgənin maraqlı məşğələləri arasında, balinaların müşahidəsi, okean sularında üzmək, St. John, Victoria yaxud Vancouverin milli parklarına səyahət də nəzərdə tutulub.

Əziz valideynlər, övladlarınızın təhlükəsizliyindən tamamilə arxayın ola bilərsiniz, belə ki, düşərgədə olduqları müddətdə onlara təcrübəli müəllimlər və düşərgə liderləri tərəfindən nəzarət olunacaq. Düşərgə iştirakçılarının əldə etdikləri isə elmi biliklər, maraqlı oyunlar, liderlik bacarıqlarının inkişaf etdirilməsi və 30-dan çox ölkədən, Kanadadan olan həmyaşıdları ilə qurulan yeni dostluq münasibətləri olacaq.

Academic Camp Canada, ingilis dilli ölkələrdə yüksək səviyyəli təlim kursları təşkil edən qabaqcıl və müstəqil Quality Education və Quality English kolleclərinin yeni proqramıdır.

StudyNet Group şirkəti hər il, yuxarı sinif şagirdlərinin beynəlxalq yay proqramlarında uğurla və tam təhlükəsiz olaraq iştirakına yardımçı olur.

Bu yay macəra dolu olacaq...
Yay proqramları haqqında ətraflı məlumat əldə etmək üçün şirkətimizin təcrübəli məsləhətçilərinə müraciət edə bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.