Kanada təhsili əlverişli şərtlərlə

21 Dekabr 2020

Kanada təhsili əlverişli şərtlərlə

Əlaqə

Kanadada təhsil almaq xəyallardan uzaq və əlçatmaz görünsə də, bu şimal ölkəsi əcnəbi tələbələr üçün sərfəli təhsil imkanları və sonsuz sayda təqaüd proqramları təklif edir. Kanadanın demək olar ki, bütün ali təhsil müssisələrində siz müxtəlif kateqoriyalar üzrə təklif olunan təqaüdlərlə təhsil ala bilərsiniz. Təhsil aldığınız müddətdə siz, həm də, Kandada qısamüddətli təcrübə proqramlarında iştirak edə, yarım-ştat işlərdə çalışaraq büdcənizə dəstək ola bilərsiniz. Kanadanın tələbə vizası sizə dərsdən kənar saatlarda işləmək imkanı da verir. Universitet məzunlarının əksəriyyəti məzun olduqdan sonra ilk 6 ay ərzində asanlıqla daimi işlər tapa bilirlər ki, bu da ölkəyə miqrasiya etməyi planlaşdıranlar üçün əvəzolunmaz şansdır.

Müraciət üçün son tarix, tədris proqramları, qəbul semestri, təqaüd proqramlarından asılı olaraq dəyişir. Məsələn, StudyNet Group şirkətinin əməkdaşlıq etdiyi universitetlərdən olan Simon Fraser universitetində 2021-ci ilin Yaz semestrinə qəbul üçün müraciətin son tarixi 2021-ci il 15 Yanvardır.

Kanada universitetlərinin təklif etdiyi təqaüd proqramları əsasən tələbələrin qiymət göstəricilərinə uyğun olaraq təyin edilir. Bu mənada, əməkdaşı olduğumuz digər Kanada universiteti - Laurentian Universiteti qiymət göstəriciləri 80-89% GPA olan bakalavr tələbələri üçün 40 000 Kanada dolları məbləğində təqaüd proqramı təklif edir ki, bu da hər bir təhsil ili üçün 10 000 Kanada dolları şəklində təqdim olunur. Həmçinin GPA göstəriciləri 90% və ondan yuxarı olan tələbələr üçün bu təqaüdün məbləği hər il üçün 15 000 Kanada dolları təşkil edir.
Laurentian universiteti transfer tələbələri üçün də təqaüd proqramları təklif edir.

Post-bakalavr təhsili alan tələbələr təhsil aldıqları müddət ərzində Müəllim assistentləri kimi işləyib, həm təcrübə qazana, həm də müəyyən miqdarda əməkhaqqı qazana bilərlər.

Pandemiya müddətində Kanadaya tələbə vizasının əldə olunmasına gəldikdə isə, Kanada Konsulluğunun bu yaxınlarda paylaşdığı xəbəri nəzərinizə çatdırmaq istəyirik: Designated Learning Institution adlanan siyahıya daxil olan bütün universitetlərdən qəbul əldə edən tələbələr lazımi sənədləri təqdim etməklə tələbə vizasını əldə edə bilərlər.

StudyNet Group şirkəti nüfuzlu xaricdə təhsil şirkəti olaraq, artıq uzun illərdir ki, Kanadanın qabaqcıl təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir, yerli və xarici tələbələrin müraciət ərizələrinin hazırlanmasında, istək məktubunun yazılmasında, təhsil müəssisəsindən qəbulun alınmasında, vizanın əldə olunmasıda, xaricdə yaşayış yerlərinin bron edilməsində tam dəstək göstərir.

Kanadada təhsil proqramları, təqüd imkanları, DLI siyahısına daxil olan təhsil müəssislərinə müraciət ərizəsinin hazırlanması və s. haqqında ətraflı məlumat əldə etmək üçün bütün suallarınızı şirkətin xaricdə təhsil üzrə aparıcı məsləhətçilərinə ünvanlaya bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.