Jacobs Bremen Universiteti

17 Aprel 2020

Jacobs Bremen Universiteti

Əlaqə

Gələcək tələbələrin nəzərinə!

Jacobs Universiteti, gələcək tələbələrə kampus həyatı, tələbələr üçün imkanlar, fakultə istiqamətləri, proqramlar və bir çox məsələlər barədə ətraflı məlumat vermək üçün məlumat xarakterli onlayn vebinarlar təşkil edir!
Tarix və saatlar aşağıda qeyd olunub:
1-ci sessiya:

17 Aprel, 2020
13:00 – 14:00 (Bakı vaxtilə)

2-ci sessiya:
17 Aprel, 2020
21:00 – 22:00 (Bakı vaxtilə)
Qeydiyyat linki:
http://jacobs.askadmissions.co.uk/admin/Communications/ClickThru.aspx?qs=_K6y_n-_q89IV647SexefIudQmd54hRvyDfmj_fUm5bzd99EMqUcHK7Q_7XIFuWOe

Universitet haqqında:
• Jacobs universiteti 2001-ci ildə, Bremen şəhəri azad ticarətçilər birliyi (Free Hanseatic City of Bremen ), Bremen Universiteti və Texas, Houstonun Rice universitetinin birgə dəstəyi ilə yaradılıb.
• Qeyri-kommersiya xarakterli özəl universitetdir
• Kampus, şəhər mərkəzindən 17 km məsafədə yerləşir və 34 hektar əraziyə malikdir. Tələbə heyəti 1500-də çox olmaqla tədris dili kimi ingilis dili istifadə olunur.

Miqyası:
• Universitet top sıralamanın 25%-i arasındadır (Times-Ali təhsil 2020 isitinadən)
• “Tədirs”ə görə 11-ci yerdə , “Tədqiqat”a görə gənc universitetlər arasında top 25-likdə qərarlaşır (Times-Ali təhsil 2019 istinadən)
• Jacobs Almaniyanın yeganə universitetidir ki, beynəlxalq səviyyədə ən top kiçik universitetlər arasında təmsil olunur və dünya üzrə 10-cu yeri tutur (Times-Ali təhsil 2019 istinadən)
• Geologiya elmləri, fizika, siyasi elmlər, Komputer elmləri, Biologiya, İqtisadiyyat, Sənaye mühəndisliyi və bir çox sahələr üzrə Almaniya üzrə top universitetlər arasında qərarlaşır.

Bremen şəhərində tələbə həyatı:
Almaniya universitetlərində əhəmiyyətli sayda əcnəbi tələbələr təhsil alır (10%-dən yuxarı) və bu da ölkəni əcnəbi tələbələrin ali təhsil alması üçün millət tərkibi müxtəlif olan yerə çevirir. Almaniyanın elmi irsi və tarixi tələbələrə iqtisadiyyatın necə idarə olunması haqqında faydalı məlumatlar ötürür. Hər il, Almaniya universitetlərindən məzun olan tələbələr Allianz, Allianz, BMW, Bosch, Siemens, Daimler və Volkswagen kimi beynəlxalq miqyasda tanınmış şirkətlərdə və ya İqtisadiyyat, Mühəndislik kimi nüfuzlu fərqli sahələrdə iş imkanı əldə edirlər. Almaniyada beynəlxalq arena canlı olmaqla, beynəlxalq təşkilatlar və siyasi, iqtisadi və sosial tədbirləri özündə birləşdirir.

Studynet Group şirkətinin təklif etdiyi xidmətlər:
Jacobs Bremen universiteti şirkətin əsas partnyorlarından biridir və biz tələbələrə ali təhsil təcrübələrini Almaniyada, eləcə də, dünyanın bir çox yerlərindəki partnyoru olduğumuz iri miqyaslı universitetlərdə keçirməsi üçün yaxından dəstək oluruq. Şirkət sizə akademik gözləntilərinizi tam qaşılaya biləcək ali təhsil təcrübəsi yaşamanız üçün hərtərəfli xidmətlərlə yardımçı olur. Daha ətraflı məlumat əldə etmək üçün şirkətlə birbaşa əlaqə saxlamaya bilərsiniz.
Xidmətlərimiz ödənişsiz olmaqla aşağıdakılardan ibarətdir:
• Proqram seçimi
• Ərizənin təqdim olunması
• Viza dəstəyi
• Tələbələrin evlərdə yerləşdirilməsi
• Universitet tədbirlərində iştirakın təmin olunması
• Təqaüd ərizələrinin hazırlanması

© 2020 SNG, All Rights Reserved.