INTO Newcastle Universitetində yeni proqram

16 Oktyabr 2021

INTO Newcastle Universitetində yeni proqram

Əlaqə

Keyfiyyətli təhsil və aparıcı araşdırmalar ilə tanınan Newcastle Universiteti bu gün 200-dən çox bakalavr proqramı ilə 20.000-dən çox tələbəyə təhsil verir.

Universitet Memarlıq, Biznes və İdarəetmə, Humanitar və Sosial Elmlər, Mühəndislik, Biologiya Elmləri və s. kimi bir sıra sahələrdə bakalavr, magistr, eləcə də doktorantura təhsili təqdim edir.

INTO Newcastle Universiteti, Beynəlxalq Birinci İldə yeni proqram elan etdi. Belə ki, artıq tələbələr INTO Newcastle Universitetində mühəndislik karyeralarına hazırlaşa bilərlər.

Mühəndislik sahəsində Beynəlxalq Birinci İl üçün ilk qəbul 2022-ci ilin sentyabr ayında olacaqdır. Proqramı uğurla başa vuran tələbələr bir başa Newcastle Universitetinin MEng (Hons) Mühəndislik proqramına keçəcəklər.

Sözü gedən dərəcə tələbələrə bir neçə mühəndislik sektorunda müvəffəqiyyətli olmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək edərək, geniş əsaslı mühəndislik təhsili və üç ixtisas seçimi verir:

  • Sivil Mühəndislik
  • Elektrik və Elektron Mühəndisliyi
  • Mexanika Mühəndisliyi

StudyNet Group şirkəti və təcrübəli təhsil məsləhətçilərimiz qəbul prosesi, tələbə vizasının alınması, xaricdə yaşam yerlərinin bron edilməsi və s. kimi bir sıra prosesdə sizə köməklik göstərəcəkdir.

© 2020 SNG, All Rights Reserved.