INTO ilə Beyməlmiləl təhsil

22 İyul 2020

INTO ilə Beyməlmiləl təhsil

Əlaqə

Arizona Universiteti

Beynəlxalq təhsil əlaqələndiricisi olan INTO şirkəti ABŞ-da yerləşən yeni partnyor universitetini sizlərə təqdim edir – Arizona universiteti

Universitet haqqında:

Arizona ştatının Tucson şəhərində yerləşən Arizona universitetinin əsası 1885-ci ildə qoyulub. Universitet müxtəlif istiqamətlərdə apardığı çoxsaylı araşdırma işlərinə il ərzində 687 milyon büdcə ayırır. Arizona universiteti Amerika Universitetlər Assossiasiyasının üzvüdür və çoxşaxəli təqaüd proqramları, həmçinin geniş professional şəbəkəyə malik biznes tərəfdaşlıqları təklif edir.

Reytinqi:

  • Dünyanın top 100 universiteti sırasında (ABŞ xəbərləri və dünya üzrə hesabat (Ən yaxşı qlobal universitetlər))
  • Dünyanın top 100 universiteti sırasında (Times Ali təhsil 2019 Dünya reytinqi)
  • Birləşmiş Ştatlar üzrə 68-ci yerdə (QS ABŞ universitetlərinin reytinqi)
  • İctimai araşdırma üzrə 20-ci yerdə (ABŞ Milli Elm fondu)
  • Onlayn bakalavr proqramları reytinqində 11-ci yerdə (ABŞ xəbərləri və dünya üzrə hesabat)

Arizona universitetinin beynəlmiləl kampusu:
Universitetin kampusu yüksək səviyyəli ali təhsil arayışında olan lakin pandemiya səbəbindən səyahət məhdudiyyətləri yaşayan gələcək tələbələr üçün uyğun seçimdir. Tələbələr öz təhsilərini onlayn şəkildə davam etdirə və ilk dörd semester ərzində Tucsonda yerləşən kampusa keçid ala bilərlər.

Təhsil haqqı:

  • Tələbələr üçün təhsil haqqı təhsil kreditinə əsasən ödənilir və illik təqribən 15 min dollar təşkil edir.
  • Avtomatik təqaüd proqramları təklif olunur və onlar əraziyə görə fərqlənir.

Universitet 2020-ci ilin payız qəbulu üzrə onlayn şəkildə aparılacaq 31 bakalavr və 22 post-bakalavr proqramları təklif edir ki bu da onlayn təhsil almaq istəyən və təhsilin ilk dörd semester ərzində kampusa keçid etmək istəyən tələbələr üçün əvəzolunmaz şansdır.

Arizona Universitetinin ölkəmizdə rəsmi nümayəndəsi olaraq StudyNet Group şirkəti universitetin təklif etdiyi imkanlardan yararlanmaq istəyən tələbələrə universitetə müraciət ərizələrinin hazırlanması, istək məktubunun yazılması, viza dəstəyi, təqaüd proqramlarına müraciət və s. kimi xidmətlərlə hər zaman dəstəyə hazırdır.

© 2020 SNG, All Rights Reserved.