İnnovasiya və Biznesin Episentri: London Sizi Gözləyir!

27 Yanvar 2024

İnnovasiya və Biznesin Episentri: London Sizi Gözləyir!

Əlaqə

Karyeranızı yeni zirvəyə çıxarmağa və biznes lideri olmağa hazırsınız?

Londonda biznes təhsilinin əsas üstünlüklərindən biri şəhərin beynəlxalq biznes mərkəzi statusu olmasıdır. Londonda yerləşən çoxmillətli korporasiyalar, maliyyə institutları və müxtəlif sənaye sahələri ilə tələbələrin maliyyə, texnologiya, moda kimi aparıcı sektorlara birbaşa çıxışı var. Şəhər çoxsaylı startap inkubatorlarına və innovasiya mərkəzlərinə ev sahibliyi edir, öz müəssisələrini qurmaq istəyən tələbələrə resurslar və dəstək verir.

Universitet Mercedes, Amazon, Audi, Apple və Microsoft kimi nəhəng şirkətlərlə əməkdaşlıq vasitəsilə tələbələrə peşəkar portfolio hazırlamaq üçün geniş imkanlar təqdim edir.

Müddət baxımından Londonda biznes təhsili ABŞ və Kanada ilə müqayisədə qısamüddətli və operativ proqramlar təklif edir. Bu, təhsili daha tez başa vurmağa və praktiki öyrənməyə çox vaxt ayırmağa imkan verir.

Londonda bir neçə nüfuzlu biznes məktəbi var. Ən yaxşılardan bəziləri bunlardır:

London Business School
London Business School mərkəzi ofisi Londonda, Böyük Britaniyada yerləşən nüfuzlu özəl müəssisədir. Ardıcıl olaraq müxtəlif beynəlxalq reytinqlərdə ən yaxşı biznes məktəbləri arasında yer alır. “QS World University Rankings of Subject 2023” üzrə 10-cu yerdədir.

Imperial College Business School
Imperial College Business School dünyaca məşhur Elm, Mühəndislik, Tibb və Biznes universiteti olan “Imperial College London”-un bir hissəsi olmaqla yanaşı, müxtəlif Biznes və Menecment proqramları, o cümlədən MBA və maliyyə, innovasiya və sahibkarlıq üzrə magistr dərəcələri təklif edir.

Cass Business School
Cass Business School üç əsas beynəlxalq biznes məktəbi akkreditasiya orqanı olan AACSB, AMBA və EQUIS tərəfindən akkreditasiya olunub. O, həmçinin Böyük Britaniya universitetinin birliyi olan “Russell Group”-un üzvüdür.

Said Business School, the University of Oxford (Londonda yerləşir)
SBS dünyanın ən qədim və ən prestijli biznes məktəblərindən biridir və qlobal miqyasda ən yaxşı biznes məktəbləri arasında yer alır. Oksfordda olmasına baxmayaraq, Londonda əyani və qiyabi təhsil proqramları və MBA dərsləri təklif edir. SBS-nin “Maliyyə üzrə Magistr dərəcəsi” proqramı “World University Rankings 2024” üzrə 1-ci yeri tutub.

Judge Business School, the University of Cambridge (Londonda yerləşir)
Judge Business School Birləşmiş Krallıqda yerləşən nüfuzlu bir müəssisədir. “World University Rankings 2024”, əsasən, müəssisənin “Maliyyə üzrə Magistr dərəcəsi” proqramı 6-cı yerə layiq görülüb.

Warwick Business School (London kampusu)
Warwick Business School (WBS) Böyük Britaniyanın aparıcı biznes məktəblərindən biri olmaqla yanaşı, iqtisadiyyatla bağlı geniş diapazonda tədqiqatı və tədrisi ilə tanınır. WBS-in MBA proqramı “QS Global MBA Rankings 2024”-də 13-cü yerdə qərarlaşıb.

Hult International Business School
1964-cü ildə yaradılıb və Boston, San Fransisko, London, Dubay, Şanxay və Nyu Yorkda kampusları var. Hult qlobal biznes və sahibkarlığa güclü diqqət yetirməklə, biznes təhsilinə nəzəri və praktiki yanaşma təmin etməyə diqqət yetirir. Hult International Business School AACSB və AMBA tərəfindən akkreditə olunub.

Prestijli univeristetlərin beynəlxalq əməkdaşı StudyNet Group tələbələrə qəbul prosesində, vizanın alınmasında, yaşayış yerlərinin bron edilməsində və digər əlaqəli xidmətlərdə hər zaman köməklik göstərməkdən məmnundur.

© 2020 SNG, All Rights Reserved.