İncəsənət sahəsində təhsil alacaq tələbələr üçün təqaüd!

03 Avqust 2023

İncəsənət sahəsində təhsil alacaq tələbələr üçün təqaüd!

Əlaqə

Akademik fənlər üzrə mükəmməlliyi təşviq etmək və görkəmli istedadlara malik gəncləri dəstəkləmək üçün NABA universiteti İncəsənət proqramları üzrə bakalvr dərəcəsində təqaüd təklif edir!

2024-cü ilin fevral ayından başlayacaq Bakalavr Proqramlarına qəbul alan tələbələr təhsil haqlarını qismən əhatə edən təqaüd qazanmaq şansı əldə edir.

İncəsənətin mərkəzi Milanda yerləşən bu universitet dizayn, incəsənət, moda sahəsində peşəkar olmaq istəyən gənclər üçün bir sıra Bakalavr və Magistr proqramları təklif edir. NABA İtaliya univeristetləri arasında incəsənət sahəsində akademik keyfiyyətinə görə Top 100-ə daxil olub.

Qeyd edək ki, universitetin digər kampusu Romada yerləşir.

Təkilf olunan proqramlara daxildir:

  • Design and Fashion design
  • Film and Animation
  • Graphic design and Art direction
  • Painting and Visual Arts
  • Creative Technologies
  • Set Design

Qeyd edək ki, təqaüd 5000 avroya qədər təhsil haqqı endirimi təqdim edir. Müraciət etmək üçün son tarix Sentyabr 2023-dür. Təqaüd qalibləri Fevral ayından təhsillərinə başlaya bilərlər.
NABA-nin ölkədəki nümayəndəsi olaraq, StudyNet Group sizə bütün proseslərdə köməklik və dəstək göstərməkdən məmnundur.

© 2020 SNG, All Rights Reserved.