Hollandiyada Amerika təhsili almaq istəyən tələbələrə xəbərimiz var.
Webster Universitetinin Leiden Kampusu beynəlxalq tələbələri 2022-ci ilin yazında yeni akademik il üçün qarşılamağa hazırlaşır.
Nəzərə alın ki, Mart qəbulu üçün ərizələrin təqdim edilməsinə cəmi 10 gün qalıb!
Son tarix: 20 noyabr 2021-ci il
Universitet tələbələrə misilsiz bir məkanda dünya səviyyəli təhsil almaq imkanı təklif edir. Beynəlxalq tələbələrin Hollandiyada təhsili seçmələrərində bir neçə səbəb dayanır:
Leiden Webster Universiteti Hollandiyada öz sahəsində ekspertlər tərəfindən tədris olunan həm bakalavr, həm də magistratura dərəcələri üzrə proqramlar təklif edən yeganə ABŞ sertifikatlı universitetdir.
Universitet kiçik, yüksək motivasiyalı və beynəlxalq tələbə qrupu üçün biznesin idarə edilməsi, sosial elmlər, beynəlxalq münasibətlər, media və əlaqələr üzrə bir sıra bakalavr və magistr proqramları təklif edir.
Leiden zəngin keçmişi və parlaq gələcəyi olan bir şəhərdir və burada tələbələri, velosipedləri, kanalları və füsunkar binaları bir ahəngdə görmək mümkündür.
Böyük Beynəlxalq Tələbə İcmasına sahib, zəngin multikultural əhalisi olan Hollandiya əcnəbi tələbələrin təhsili üçün Avropanın ən yaxşı 4 ölkəsi sırasında yer alır.
Bütün bu fürsətlərdən yararlanmaq istəyirsinizsə, vaxt itirmədən müraciət edin və füsünkar canlı cəmiyyətin bir hissəsi olun.
Bu şansı əldən vermək istəmirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin, təcrübəli təhsil məsləhətçilərimiz sizə hər addımda kömək edəcəklər.