Heriot-Watt Universitetinin rəsmi nümayəndəsi ilə canlı görüş!

05 Noyabr 2022

Heriot-Watt Universitetinin rəsmi nümayəndəsi ilə canlı görüş!

Əlaqə

1821-ci ildə qurulan Heriot-Watt Universiteti İngiltərədəki ən yaxşı universitetlərdən biri olmaqla yanaşı, tədqiqat imkanları və iş dünyası ilə birgə həyata keçirdikləri layihələr sayəsində bir çox beynəlxalq tələbə tərəfindən seçilən universitetdir.

Heriot-Watt uğurlu dünyaya inteqrasiya olunmuş Universitet olub dünyanın 123 ölkəsindən gəlmiş 30.000 tələbəsi ilə və 85 ölkədən olan mədəniyyətin zəngin nümunələrini təqdim edən komandasıyla fəxr edir.

24 Noyabr baş tutacaq Xaricdə Təhsil Sərgisində iştirak etməklə tələbələr o cümlədən valideynlər bir başa Heriot-Watt Universitetinin rəsmi nümayəndəsi ilə görüşəcək və uyğun proqram, daxili tələblər, endirimlər və bir çox sualları haqqında geniş məlumat əldə edəcəklər.

Sərgi zamanı keçirilən interaktiv seminarlar zamanı vizual olaraq universitetlərlə tanış olub tam məlumat əldə etmək mümkündür.

Xüsusən Biznes sahəsindəki peşəkar tədris metodologiyasına sahib bu universitet Times Higher Education World University sıralamasında 314-cü sırada qərarlaşıb. Heriot Watt, Biznes, Menecment və Maliyyə sahəsində ən yaxşı Bakalavr proqramlarını təklif edir.

Edinburgh Business School Heriot Watt Universitetinin nəznində fəaliyyət göstərən Biznes İnstitutudur.
Məktəb, dünyada biznesin ən böyük beynəlxalq proqramlarından biri olan Master of Business Administration (MBA) proqramı daxil olmaqla bir sıra Master proqramları təklif edir.

Yalnız 1 gün davam edəcək sərgidə iştirak etməklə 40-dan çox beynəlxalq universiteti yaxından tanımaq fürsəti əldə edəcəksiniz!

Xaricdə təhsil sərgisi Hilton Baku Hotelində keçiriləcəkdir və giriş sərbəstdir. Qeyd edək ki, qeydiyyat zəruridir.

© 2020 SNG, All Rights Reserved.