FULBRIGHT Təqaüd Proqramı

03 Sentyabr 2020

FULBRIGHT Təqaüd Proqramı

Əlaqə

Amerika Birləşmiş Ştatları dünyanın istənilən yerindən gələn professional kadrların Amerika Birləşmiş Ştatlarında 1 illik tam təqaüdlə təhsil almasına yönəldilmiş beynəlxalq proqramdır. Fulbright proqramı çərçivəsində təhsil və araşdırma üzrə 125 ölkədə 470 sayda təqaüd təklif edilir. Proqrama qoşulmaq şansı əldə edən namizədlər digər ölkələrə səyahət etmək, həmçinin Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən ixtisaslı kadrlar və elmi işçilərin təcrübələrindən bəhlərənmək şansı əldə edir.

Təqaüd proqramı:
2021-2022-ci illər üzrə Fulbright təqaüdünə müraciət prossesi artıq başlanıb. İndi qeydiyyatdan keçib təqaüd istiqamətlərini nəzərdən keçirə bilərsiniz.

Ərizə müraciəti:
Ərizənin doldurulması qaydaları ilə bağlı əvvəllər saytda dərc olunan materiallardan istifadə edə, və yaxud lazımi məsləhətlər almaq üçün gələcək vebinarlara qoşula bilərsiniz.

Proqramın müddəti:
2-12 ay

Müraciət üçün son tarix:
15 Sentyabr, 2020

StudyNet Group şirkətinin təklif etdiyi xidmətlər:
StudyNet Group şirkəti artıq on ilə yaxın müddətdir ki, yerli və əcnəbi tələbələrin və elmi işçilərin Avropa və Amerika Birləşmiş Ştatlarının yüksək prestijli təhsil ocaqlarına müraciət etməsinə və qəbulun əldə olunmasına yaxından yardımçı olur.

© 2020 SNG, All Rights Reserved.