Foxcroft qızlar məktəbi

22 Sentyabr 2020

Foxcroft qızlar məktəbi

Əlaqə

Məktəb haqqında:

Foxcroft 9-12 yaş aralığında qızlar üçün nəzərdə tutulan beynəlmilləl tipli məktəbdir. Məktəb Amerikanın Şimali Virciniya ştatında yerləşir və qızların gələcək ali təhsil almaları üçün yüksək səviyyədə hazırlıq proqramları təşkil edir. Foxcroft məktəbinin kampuslarında 175 şagird, 6 müxtəlif proqram üzrə 75 kursda təhsil alır.

Məktəbin əsası 1914-cü ildə Charlotte Haxall Noland tərəfindən qoyulub və ötən zaman ərzində təhsilin, maariflənmənin inkişafına öz töhfələrini verib. Məktəbdə müxtəlif idman proqramları da təşkil olunur – Lakros, Otüstü xokkey, atçılıq və başqaları. Bu çoxistiqamətli təhsil ocağı haqqında daha ətraflı məlumat məktəbin rəsmi internet səhifəsində verilib: Link

Məktəbin dəyərləri və missiyası:
Məktəbin əsas məqsədi müxtəlif potenesiala, imkanlara və bacarıqlara malik insanlara layiqli dəyərin verilməsi və maarifləndirilməsidir. "Biz, şagirdlərin özlərini sərbəst şəkildə ifadə edə bilmələrinə və olmaq istədikləri mövqeyə çatmalarına təkan veririk. Foxcroftun əsas dəyərləri – müxtəliflik, inteqrasiya, hörmət və mehribanlıqdır. Bu o deməkdir ki, biz ətrafdakılara və bizi əhatə edən təbiətə humanist fəlsəfə ilə yanaşırıq. Bununla yanaşı, biz texnoloji təcrübələrimiz və ekoloji fəaliyyətlərimiz ilə ətraf mühitin qayğısına qalan bir təşkilat kimi formalaşmağı planlaşdırırıq."

Virtual Açıq qapı günü:
Foxcroft məktəbinin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək və məktəb kollektivi ilə yaxından təmasda olmaq istəyənlər üçün məktəb aşağıdakı tarix və saatlarda virtual açıq qapı günləri təşkil edir:

Tarix: 12 Oktyabr 2020-ci il
Saat: 17.00 (Bakı vaxtilə)

Qeydiyyat linki

Bundan başqa sizə uyğun olan vaxtda görüş təyin edib virtual şəkildə məktəbə səyahət edə bilərsiniz.

Foxcroft məktəbinin ölkəmizdə rəsmi nümayəndəsi - StudyNet Group şirkəti olaraq, sizə qız övladlarınızın gələcək həyat və karyeralarında şəxsi inkişafına təkan verəcək təhsilin təmin olunmasında yaxından köməklik edə bilərik. Sizə təqdim edəcəyimiz xidmətlər arasında məktəbə müraciət ərizələrinin hazırlanması, istək məktubunun yazılması, məktəblə müvafiq danışıqların, yazışmaların aparılması, tələbənin Amerikaya səyahətinin təşkili üçün biletlərin əldə olunması və aeroportda qarşılanması daxildir.

Gələcəyimiz təhsilimizə bağlıdır.

© 2020 SNG, All Rights Reserved.