Essex Universitetinə müraciətlər davam edir!

04 İyun 2022

Essex Universitetinə müraciətlər davam edir!

Əlaqə

Essex Universiteti Birləşmiş Krallıqda peşəkar təhsil tədqiqatları ilə tanınan aparıcı və qədim universitetlərindən biridir.

Xüsusi təhsil proqramları nəticəsində 2008 və 2010-cu illərdə Queens Anniversary Prize, eləcə də, Teaching Excellence Framework qızıl mükafatına layiq görülmüşdür. Daim tələbələri üçün yenilikçi proqramlar təklif edən Essex universiteti, bir sıra müxtəlif metod və üslublardan istifadə edərək onlarda kritik və analitik bacarıqların inkişaf etdirilməsinə diqqət yetirir. Bunlarla yanaşı daim tələbələrin ideyalarına, kreativ düşüncə və fikirlərinə önəm verərək, inkişaf etdirmələrinə yaxından kömək edir və onları kiçik və böyük addımlarında dəstəkləyirlər.

Essex Universiteti 2022-2026-ci illər Dövlət Proqramı universitetləri sırasında yer alır. Tələbələr 2022-ci ilin payızında Essex Universitetində təhsil almağa başlamaq istəyirlərsə, StudyNet Group-un peşəkar təhsil menecerləri onlara arzuladıqları təhsili əldə etməyə kömək edəcəklər.

Nəzərə alın ki, StudyNet Group vasitəsi ilə müraciət etdiyiniz halda təklif olunan müxtəlif xidmətlərdən, eləcə də tərəfdaş endirimlərindən yararlana bilərsiniz. Qeyd edək ki, universitet bakalavr pilləsinə yeni başlayan tələbələr üçün ilk il müddətində zəmanətli yaşayış yeri təmin edir.

Yüzlərlə tələbəyə öz arzuladıqları yüksək təhsilə nail olmaqda köməlik edən StudyNet Group şirkəti, Britaniya universitetləri ilə olan uzun müddətli əməkdaşlıq sayəsində tələbələrə keyfiyyətli və operativ xidmət göstərməyə davam edir. Böyük Britaniya universitetləri, eləcə də Amerika və Avropa universitetləri ilə uzun illər davam edən əməkdaşlıq sayəsində təhsil üzrə məsləhətçilərimiz gənclərə Essex Universiteti də daxil olmaqla nüfuzlu universitetlərə daxil olmağa kömək edəcəklər.

© 2020 SNG, All Rights Reserved.