Essex universitetindən yeni təklif!

08 İyul 2021

Essex universitetindən yeni təklif!

Əlaqə

Essex Universiteti əsasən tədqiqat sahələrində keyfiyyətli təhsili ilə tanınan İngiltərənin qabaqcıl və qədim universitetlərindən biridir.

Xüsusi təhsil proqramları nəticəsində 2008 və 2010-cu illərdə Queens Anniversary Prize, eləcə də, Teaching Excellence Framework qızıl mükafatına layiq görülmüşdür. Daim tələbələri üçün yenilikçi proqramlar təklif edən Essex universiteti, bir sıra müxtəlif metod və üslublardan istifadə edərək onlarda kritik və analitik bacarıqların inkişaf etdirilməsinə diqqət yetirir. Bunlarla yanaşı daim tələbələrin ideyalarına, kreativ düşüncə və fikirlərinə önəm verərək, inkişaf etdirmələrinə yaxından kömək edir və onları kiçik və böyük addımlarında dəstəkləyirlər.

Essex universitetinə müraciət edən yerli və əcnəbi tələbələrin sayı hər il artım göstərir. Belə ki, bu üstünlüklərdən yararlanmaq istəyən tələbələr üçün universitet boş qalan yerlər üzrə ikinci qəbul imkanı olan Clearing üçün müraciət formunu açıq elan edir. Tələbələr 2021-ci ilin payızında Essex Universitetində ilk təhsillərinə başlamaq istəyirlərsə, Clearing vasitəsilə müraciət edə bilərlər.

Clearing üçün UCAS'ın və universitetin veb saytında online forma ilə və ya telefon vasitəsilə müraciət etmək mümküdür. Qeyd edək ki, müraciətlər 20 avqust 2021-ci il tarixinədək qəbul olunur. Bütün bunlarla yanaşı, birinci kurs tələbələri üçün yaşayış yerlərinin təmin olunmasına zəmanət verir.

Hər il minlərlə abituriyent Clearing vasitəsi ilə gözlədikləri təhsilə nail olurlar. Bunun üçün əgər siz də müraciət etdiyiniz universitetlərdən müsbət cavab almamısınızsa, Essex universitetinin yaratdığı fürsətdən yararlana bilərsiniz.

Yüzlərlə tələbəyə öz arzuladıqları yüksək təhsilə nail olmaqda köməlik edən StudyNet Group şirkəti, Britaniya universitetləri ilə olan uzun müddətli əməkdaşlıq sayəsində tələbələrə keyfiyyətli və operativ xidmət göstərməyə davam edir. Belə ki, təcrübəli təhsil məsləhətçilərimiz gənclərə sözü gedən Essex universitetinin də daxil olduğu reytinqli universitetlərə qəbul almaqda köməklik göstəcəklər.

© 2020 SNG, All Rights Reserved.