Essex universitetində yeni tədris proqramları

03 Aprel 2021

Essex universitetində yeni tədris proqramları

Əlaqə

StudyNet Group şirkətinin uzunmüddətli və strateji əməkdaşlıq etdiyi universitetlərdən biri də İngiltərəinin Essex universitetidir. Universitet növbəti qəbul ili üçün yeni tədris proqramları təsis edib. Yeni başlayacaq proqramlardan biri Qlobal İctimai Səhiyyə üzrə magistr (MSc Global Public Health) dərəcəsidir.

Bu proqram gələcəyini səhiyyə sahəsində qurmaq istəyən mütəxəssislər üçün əla imkandır. Proqrama qoşulmaq üçün, ixtisas üzrə iki hazırlıq proqramı mövcud olacaq: Siyasət və sistemlər (Policy and Systems), və Bölmələr arası bərabərsizliklər və müəyyənləşdirici amillər (Intersectional Inequalities and Determinants).

Bakalavr dərəcəsi üzrə universitet 3 yeni proqramın tədrisinə başlayacaq. Siyasət və Biznes (BA/BSc Politics with Business), Qlobal siyasət (BA Global Politics), və Siyasət və rəqəmsal elmlər (BA Politics with Data Science) tədris proqramlarının da başlanma tarixi 2021-ci ilin Oktyabr ayında olacaq.

İnsan haqqları sahəsi ilə maraqlanan tələbələr üçün universitet, 28 İyun - 9 İyul 2021-ci il tarixləri aralığında virtual yay məktəbi təşkil edir. Proqram çərçivəsində, insan haqları sahəsində araşdırma metodları, vəkillik və kampaniyanın aparılması strategiyası, professional inkişaf mövzularında sessiyalar təşkil olunacaq.

Bundan başqa Essex Biznes məktəbi post bakalavr təhsil üzrə ardıcıl şəkildə onlayn görüşlər təşkil edir. Bir həftə davam edəcək silsilə tədbirlər Davamlı və ictimai şüur? 21-ci əsrin biznes reallığı mövzusunda baş tutacaq gündəlik sessiyalar şəklində təşkil olunacaq.

Tələbələr istədikləri sessiyanı seçib iştirak edə bilər. Dörd və daha çox sayda sessiyada iştirak etmiş tələbələrə sonda iştiraka görə sertifikatlar da təqdim olunacaq.

Tədbirin tarixi 26 Aprel – 30 Aprel tarixlərini əhatə edir və onlayn şəkildə, tamamilə ödənişsiz təşkil olunacaq.
Müraciət linki

Essex universitetinin təklif etdiyi tədris proqramları arasında Jurnalistika üzrə bakalavr dərəcəsinin də xüsusi qeyd etmək lazımdır. Belə ki, universitetin Multimedia jurnalistikası fakultəsinin sonuncu kurs tələbəsi Milli konsulluğun (National Council for the Training of Journalists NCTJ) təşkil etidyi 2020-ci il üzrə Jurnalistlər üçün təlimlərdə Student Top Scoop mükafatını əldə etmişdir.
Universitetin tələbəsi Kafui Okpattah bu mükafatı BBC üçün yazdığı hekayəyə görə qazanıb.
Jurnalistika sahəsində universitetin uğur qazanan daha bir tələbəsi 2020-ci ildə məzun olmuş Jacob Ottaway NCTJ-n Xəbər yayımçısı mükafatına layiq görülmüşdür.

StudyNet Group şirkətinin əməkdaşlıq etdiyi İngiltərə universitetləri arasında ən prestijli universitetlərdəndir. Şirkət təhsil almaq üçün bu universiteti seçmiş tələbələrə, ərizə-müraciət formalarının hazırlanmasında, qəbul məktubunun əldə olunmasına qədər universitetlə müvafiq yazışmaların aparılmasında, viza müraciətlərinin edilməsində və xaricdə yaşayış yerlərinin bron edilməsində tələbələrə yaxından köməklik göstərir.

© 2020 SNG, All Rights Reserved.