Essex Universiteti MBA tələbələri üçün Dekan təqaüdü

28 Mart 2020

Essex Universiteti MBA tələbələri üçün Dekan təqaüdü

Əlaqə

Essex Biznes məktəbi MBA təhsilləri özləri tərəfindən maliyyələşən tələbələr üçün 100%-ə qədər güzəşt təklif edir. Bu 20 nəfər tələbəni əhatə edəcək. 2020-ci ilin tədrisinə oktyabr ayından başlanacaqdır.

Şərtlər və tələblər
Seçim zamanı təhsillərini özləri maliyyələşdirən tələbələrə üstünlük veriləcəkdir.
Dünyanın bütün ölkələrindən, o cümlədən Birləşmiş Krallıq və Avropa birliyindən olan tələbələr bu təqaüd üçün müraciət edə bilər.

  • Təqaüd həm əyani, həm də qiyabi əsaslarla təhsil alan tələbələrə təqdim olunur.
  • Təqaüdlərin sayı məhduddur və “ilk gələn qazanır” prinsipinə əsasən tələbələrin müraciəti nəzərdən keçiriləcək. Təqaüd təklifi alan tələbə iki həftə ərzində onu qəbul etməlidir.
  • Birləşmiş krallıqda təhsil almış tələbələrin qiymət göstəriciləri 2:2 olmalıdır.
  • Azərbaycanda təhsil almış tələbələr üçün GPA 70% tələb olunur.
  • Tələbələr 2000 sözdən ibarət motivasiya məktubu hazırlayıb təqdim etməlidirlər.
  • Müraciət edən şəxsin menecerlik sahəsində 5 illik iş təcrübəsi olmalıdır.
  • Tələbənin ümumi IELTS balı 6.5 (minimum bal 6.0) olmalıdır.
  • Tələbə yekun qiymətləndirmə üçün proqram rəhbəri ilə müsahibədə iştirak etməlidir. Proqram rəhbəri tələbənin təqaüdə uyğunluq potensialını və müvafiq səviyyəsini qiymətləndirmək üçün aşağıdakı kriteriyalardan istifadə edəcək:
  • Biznes sahəsində təcrübə
  • Elmi nailliyyətləri və biliyi
  • İdeyaların bitkinliyi və rabitənin effektivliyi
  • Essex MBA proqramının layihə şəklində faydası

Ərizə üçün son tarix: 1 İyun, 2020-ci il

Tələbə xidmətləri

Xüsusi vəziyyət yaranacağı təqdirdə, tələbə ilk növbədə durumu yazılı şəkildə Tələbə Xidmətləri üzrə Menecerə təqdim etməlidir ki, o da vəziyyəti araşdırmalı və müvafiq şəkildə qərar verməlidir.
Tələblər və şərtlər haqqında daha ətraflı məlumat üçün aşağıda linkə daxil olun.
http://www.essex.ac.uk/about/governance/policies/complaints.aspx

Universitet haqqında
Essex Universiteti 1964-cü ildə əsası qoyulmuşdur. Bu universitet 50 ildən çoxdur ki, həm Birləşmiş Krallıq, həm də xarici tələbələrin universitet seçimləri arasında yüksək pillələrdə yer alır.
Universitetin məzunları arasında Nobel mükafatına layiq görülmüş iqtisadçı-professor Chris Pissarides də vardır. Chris Pissarides universitetin tələbələr qarşısında fəxrlə göstərəcəyi məzunudur.

© 2020 SNG, All Rights Reserved.