Erkən qəbul təqaüdləri

15 May 2020

Erkən qəbul təqaüdləri

Əlaqə

Birləşmiş Krallıqda təhsil almaq istəyən tələbələr üçün yaxşı xəbərimiz var!
INTO-ya daxil olan Birləşmiş Krallıq universitetləri gələcək tələbələr üçün £1,500-dək təqaüd proqramı təklif edir. 2005-ci ildə əsası qoyulan INTO universitetlər birliyi hər il dünya üzrə 14 mindən çox tələbəyə çoxsahəli təhsil proqramları təklif edir. Aşağıda adları qeyd olunan universitetlər biznes və mühəndislikdən, incəsənət və dizayn proqramları üzrə bakalavr və magistratura proqramları təklif edir. Geniş çeşidli proqramlar sizə istədiyiniz təhsil sahəsini seçməyə imkan verir!
INTO-ya daxil olan Birləşmiş Krallıq universitetləri:

  • City Universiteti London
  • Glasgow Caledonian Universiteti
  • Newcastle Universiteti
  • Queen’s Universiteti Belfast
  • East Anglia Universiteti
  • Exeter Universiteti
  • INTO London Dünya Təhsil Mərkəzi
  • INTO Manchester

Müraciət üçün son tarix: 11.06.2020
11.04.20 - 21.05.20 tarixləri arasında qəbul alan tələbələr 21 gün ərzində qəbul məktubunu təsdiq etməlidirlər.
22.05.20 tarixdən sonra qəbul alan tələbələr təqaüdə müraciət etmək üçün 11.06.2020 tarixədək qəbul məktubunu təsdiq etməlidirlər.

Kimlər təqaüd üçün müraciət edə bilər:

  • 11.04.2020 tarixə qədər artıq təsdiq olunmuş tələbələr müraciət edə bilməzlər.
  • Təqaüd proqramları: 2021-ci ilin Yanvar ayı qəbulu üzrə Hazırlıq proqramı, Magistr proqramları, Magistraturaya hazırlıq proqramları, Akademik ingilis dili - 3 semestr
  • Təqaüd üçün uyğun olmayan proqramlar: Ümumi ingilis dili, Birbaşa qəbul
  • Təqaüdə müraciət etmək üçün, tələbələr qəbul məktublarını təsdiq etməli və elan edilən bağlanış tarixinə qədər deposit ödənişlərini həyata keçirməlidir.
  • Sponsor tərəfindən maliyyələşən tələbələr müraciət edə bilməz, təqaüd yalnız təhsilini özü maliyyələşdirən tələbələrə təqdim olunur.
  • Tələbələr, təqaüdü digər maliyyə endirimi və ya təqaüdlə birlikdə istifadə edilə bilməz; eyni adlı təhsil endirimləri istisnadır.

Aparıcı təhsil məsləhətçisi şirkəti kimi StudyNet Group şirkəti aşağıdakı xidmətləri təklif edir:

  • Proqram seçimi üzrə məsləhət
  • Ərizələrin təqdim olunması
  • Xaricdə qalmaq üçün yerlərin təşkili
  • Viza dəstəyi
  • Universitetin təşkil etdiyi tədbirlər, xidmət və imkanlardan yararlanmaq üzrə bələdçilik
  • Tələbələrin universitetlərdə yerləşdirilməsi
© 2020 SNG, All Rights Reserved.