Edinburq Universiteti

22 Aprel 2020

Edinburq Universiteti

Əlaqə

Qısa tarixçə:
Uzunmüddətli keçmişi, qabaqcıl məzunları və nüfuzlu akademikləri olan dünya miqyaslı universitet olmaqla onilliklər boyunca fəxr etməyə haqqımız var. Edinburq Universiteti 1583-cü ildə qapılarını tələbələrin üzünə açmaqla tarixə Nobel mükafatı laureatları, Olimpiya çempiyonları olan kosmos tədqiqatçıları və baş nazirlər yetişdirib.

  • Filosof David Hume, kimyaçı Ceyson Blək və müasir geologiyanın atası Ceyms Hutton kimi dahi mütəfəkkirlər Edinburq universitetində təhsil alıb.
  • Universitet, Ceyms Tet Blək prizləri kimi ədəbiyyat üzrə tarixi mükafatın və Dolli qoyunun klonlaşdırılması layihəsini ev sahibidir.
  • Artur Konan Doylun yaratdığı Şerlok Holms obrazı üçün ilham qaynağı olmuşdur
  • Edinburq universitetinin nəzəri fizika üzrə professoru Peter Hiqqs, Hiqqs Boson fərziyyəsinə görə 2013-cü ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Şotlandiya şəhəri haqqında:
Zəngin irsi, yüksək səviyyəli muzeyləri və gözqamaşdırıcı binaları olan Edinburq şəhərini asanlıqla unutmaq mümkün deyil. Orta əsrlərin qədim şəhəri və müasir şəhəri tədqiq edib, Corciya Yeni şəhəri ilə yanaşı gəzməklə, tətil boyunca Edinburq ərazisində xoş vaxt keçirə bilərsiniz. Şəhər, şəxsi inkişaf, kariyerada yüksəliş, mədəni inkişaf və maraqlı fəaliyyətlər üçün geniş imkanları olan şəhərdir.
Sosial festivalların, dadlı yeməklərin və tarixi yerlərin təəssürratı uzunmüddət yaddaşınızdan silinməyəcək.

Edinburq universitetində təhsil:
Universitet sıralamada yüksək pillələrdə yer tutur və tədqiqat avadanlıqlarının səviyyəsinə görə ön pillələrdədir. Edinburq universitetinin rəqabətli, həvəskar və milli tərkib baxımından müxtəlif olan tələbə və işçi heyəti, müxtəlif sahələrdə tədqiqat avadanlıqları, təlim və praktiki məşğələlər ilə effektiv öyrənmə mühitinin yaranmasını təmin edirlər.

• 2020-ci il üçün QS üzrə dünya universitetlərinin sıralamasında dünya universitetləri arasında 20-ci yeri tutub
• Kampus proqramları ilə yanaşı, 70 sayda onlayn tədris proqramları təklif edən universitet Birləşmiş Krallığın Russel Group-a daxil olan tədqiqat universitetləri arasında ən böyüyüdür.
• Universitetdə 156 ölkədən gələn 40 min tələbə təhsil alır.
• Üç kollecdə 180 tədqiqat sahəsi üzrə 300-dən çox post-bakalavryat təhsili təklif edilir:

1.İncəsənət, Humanitar və Sosial elmlər kolleci
2.Tibb və Baytarlıq elmləri kolleci
3.Mühəndislik elmləri kolleci

  • Tədqiqat bacarıqlarına görə 2014-cü ildə REF (Research Excellence Framework) üzrə 4-cü yerdə qərarlaşmışdır.
  • 19 Nobel mükafatçısı vardır
  • Tədqiqat üzrə nailiyyətlərinə aşağıdakılar daxildir:

-Xloroform anesteziyanın kəşfi
-Higgs Boson hissəciyi
-Vakkum gübrələmə
-Dolly qoyununun klonlaşdırılması
-İlk dəfə genetik yolla yaradılmış Hepatit B vaksini
-Smartfon texnologiyasının təkmilləşdirilməsi

Qlobal mövqeyi və beynəlxalq əməkdaşlıqlar:
Universitet müxtəlif sahələrdə - elektronika elmi, mühəndislik, həyat emləri, incəsənət və mədəniyyət sahələrində bir çox sayda dünya təşkilatları ilə əməkdaşlıq edir. 21 qlobal tədqiqat şəbəkəsinin, COIMBRA və LERU Avropa şəbəkələrinin üzvüdür.
Kaliforniya Texnologiyalar Universiteti, Stanford Universiteti, Melburn universiteti, Pekin universiteti, Delhi universiteti və KvaZulu-Natal universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələri ilə qurulan əlaqə və əməkdaşlıqlar sayəsində Edinburq universieti tələbələri mükəmməl təhsil mühiti və yüksək təcrübə ilə təmin edir.

Studynet Group şirkətinin təklif etdiyi xidmətlər:
Edinburq universitetinin Azərbaycanda yeganə partnyoru olan Studynet Group şirkəti bu əməkdaşlığa dayanaraq, sizə universitetin təşkil etdiyi tədbir və proqramlarda iştirak etmək üçün ekskluziv xidmətlər təklif edir. Şirkətin göstərdiyi xidmətlərə aşağıdakılar daxildir:

  • Kampusda və onlayn formada keçirilən tədbirlərdə iştirakın təşkili
  • Proqram seçimində köməklik
  • Ərizələrin təqdim olunması
  • Təqaüd əldə etmək üçün ərizələrin hazırlanması
  • Xaricdə qalmaq üçün yerlərin təşkili
  • Viza dəstəyi
© 2020 SNG, All Rights Reserved.