Duolingo ingilis dili testi

04 Aprel 2020

Duolingo ingilis dili testi

Əlaqə

Duolingo imtananı üçün indi müraciət edin və ingilis dili biliklərinizi sübut etməklə yanaşı digər məlumatlarımızdan da yararlana bilərsiniz!
Duolingo imtahanı nədir?
Duolingo xarici universitetlərə müraciət edən əcnəbi tələbələrin ingilis dili biliklərini yoxlamaq üçün onlayn imtahandır. İmtahan onlaynkeçirildiyi üçün lazım olan yeganə vasitə kompüter və veb kameradır.İmtahan veb kamera vasitəsilə görüntülü müsahibə və yazılı imtahan hissəsindən ibarətdir ki, burda imtahan verən şəxsdən asılı olaraq çətinlik dərəcəsi avtomatik şəkildə tənzimlənir.
İmtahan müddəti 1 saat davam edir. Nəticələr imtahan başa çatdıqdan sonra 48 saat ərzində göndərilir və siz bu nəticələri sonsuz sayda instansiyaya təqdim edə bilərsiz.
Duolingo imtahanının üstünlükləri:
1. Duolingo imtahanı xərc baxımından sərfəli, rahat və əlçatan ingilis dili imtahanıdır;
2. 200 dollardan artıq olan ənənəvi imtahan qiymətlərindən fərqli olaraq, bu imtahan cəmi 49 dollar xərc tələb edir;
3. Bundan başqa siz nəticələri 48 saat ərzində əldə edə və eyni nəticəni xeyli sayda universitetlərə göndərə bilərsiz.
4. Bu imtahan sizə ingilis dili biliklərinizdən başqa, görüntülü müsahibə zamanı da özünüzü ifadə etmək imkanı verir;

Duolingo imtahanına necə hazırlaşmalıyıq?
Bu imtahana hazırlaşmaq üçün müəyyən sistematik metod yoxdur. StudyNet şirkəti olaraq məsləhətimiz budur ki, sizə rahat üsulla danışıq, yazı, oxu və dinləmə bacarıqlarınızın üzərində işləyin.
İmtahan nəticələrindən necə istifadə olunur?
Duolingo imtahanının nəticələrini tanıyan ali təhsil müəssisələri haqqında sizlərə müvafiq məlumatları mütəmadi olaraq verməyə çalışırıq. Duolingo imtahan nəticələrini qəbul edən universitetlərin siyahısı aşağıdakı linkdə təqdim olunur:
https://englishtest.duolingo.com/institutions
İmtahan nəticələrinin etibarlılıq müddəti nə qədərdir?
Duolingo imtahan nəticələri iki il ərzində etibarlıdır.
Neçə müddətdən sonra təkrar imtahan vermək olar?
İki dəfə verdiyiniz imtahanın nəticələri birinci imtahandan sonrakı 30 gün müddətində göndərilir. İmtahanı tamamladıqdan sonra nəticələr sizə göndərilməyibsə, bu sizin imtahan şanslarınızın sayını azaltmır.

© 2020 SNG, All Rights Reserved.