Duolingo imtahanı üstünlükləri

01 Aprel 2022

Duolingo imtahanı üstünlükləri

Əlaqə

Duolingo imtahanı üçün indi müraciət edərək ingilis dili biliklərinizin nəticəsini ən qısa zamanda əldə edə, eləcə də bir sıra fürsətlərdən yararlana bilərsiniz!

Duolingo imtahanı nədir?
Duolingo xarici universitetlərə müraciət edən əcnəbi tələbələrin ingilis dili biliklərini yoxlamaq üçün təqdim olunan onlayn imtahandır. İmtahan onlayn şəkildə keçirilir və mərkəzimizdə bu imtahanda iştirak etməyiniz üçün bütün imkanlar təqdim olunur. İmtahan veb kamera vasitəsilə görüntülü müsahibə və yazılı imtahan hissəsindən ibarətdir ki, burda imtahan verən şəxsdən asılı olaraq çətinlik dərəcəsi avtomatik şəkildə tənzimlənir.
Qeyd edək ki, imtahan müddəti 1 saat davam edir. Nəticələr imtahan başa çatdıqdan sonra 48 saat ərzində göndərilir və siz bu nəticələri sonsuz sayda təhsil müəssisəsinə təqdim edə bilərsiz.

Duolingo imtahanı üstünlükləri:
Duolingo imtahanı rahat və əlçatan ingilis dili imtahanıdır;
Bundan başqa siz nəticələri 48 saat ərzində əldə edə və eyni nəticəni xeyli sayda universitetlərə göndərə bilərsiz.
Bu imtahan sizə ingilis dili biliklərinizdən başqa, görüntülü müsahibə zamanı da özünüzü ifadə etmək imkanı verir.

Duolingo imtahanına necə hazırlaşmalıyıq?
Bu imtahana hazırlaşmaq üçün müəyyən sistematik metod yoxdur. StudyNet şirkəti olaraq məsləhətimiz budur ki, sizə rahat üsulla danışıq, yazı, oxu və dinləmə bacarıqlarınızın üzərində işləyin.

İmtahan nəticələrindən necə istifadə olunur?
Duolingo imtahanının nəticələrini tanıyan ali təhsil müəssisələri haqqında sizlərə müvafiq məlumatları mütəmadi olaraq təqdim edirik. Duolingo imtahan nəticələrini qəbul edən universitetlərin siyahısı aşağıdakı linkdə qeyd olunur:
https://englishtest.duolingo.com/institutions

İmtahan nəticələrinin etibarlılıq müddəti nə qədərdir?
Duolingo imtahan nəticələri iki il ərzində etibarlıdır.

Neçə müddətdən sonra təkrar imtahan vermək olar?
İki dəfə verdiyiniz imtahanın nəticələri birinci imtahandan sonrakı 30 gün müddətində göndərilir. İmtahanı tamamladıqdan sonra nəticələr sizə göndərilməyibsə, bu sizin imtahan şanslarınızın sayını azaltmır.

© 2020 SNG, All Rights Reserved.