Dünya Şöhrətli Universitetdə Tam Ödənişli Təqaüd İmkanı Qazanın

27 Yanvar 2024

Dünya Şöhrətli Universitetdə Tam Ödənişli Təqaüd İmkanı Qazanın

Əlaqə

Akademik gələcəyi möhkəm zəmində qurmaq və beynəlxalq səviyyəli mütəxəssislərlə birlikdə işləmək indi hər kəs üçün əlçatandır!

EPSRC Doktorantura Tədris Tərəfdaşlığı sayəsində təqdim olunan Ph.D. təqaüd imkanı 2024-cü il 15 sentyabra kimi müraciətləri qəbul edir.

Müvəffəqiyyətli tələbələr üçün təqaüdə daxildir:
• 3,5 illik tam təhsili əhatə edən və inflyasiya ilə uyğunlaşdırılmış təqaüd (hazırda 2023/24 üçün illik 18,622 funt sterling) və ya qiyabi təhsil alan tələbələr üçün mütənasib məbləğ.
• Təhsil haqqının qarşılanması.
• 3,5 il ərzində 5,000 funt sterling və ya qiyabi təhsil alan tələbələr üçün mütənasib məbləğdə Tədqiqat Tədris Dəstəyi Qrantı (RTSG).

Təqaüdə müraciət etmək üçün birinci dərəcəli meyarlar:
Tam ödənişli təqaüddən Böyük Britaniya vətəndaşları və bu konteksdə yaşayış statusu ilə bağlı uyğunluğu olan tələbələr yararlana biləcək. Beynəlxalq tələbələr üçün məhdud sayda tam ödənişli təqaüdlər mövcud olsa da, onlar tələbə vizası xərclərini, tibbi və Ph.D. proqramı üçün Böyük Britaniyaya köçməklə bağlı digər ödənişləri isə özləri qarşılamalıdırlar.

Tələb olunan sənədlər:
• CV (Curriculum Vitae)
• Tam doldurulmuş "EPSRC Doktorantura Tədris Tərəfdaşlığı Ərizə Formu - Tədqiqat Xülasəsi" forması
• Akademik maraqlarınızı və əvvəlki tədqiqat təcrübənizi əks etdirən ərizə məktubu
• Öyrənilən fənlər və alınan qiymətlər haqqında tam təfərrüatları əks etdirən transkript(lər). Əgər hələ də təhsil alırsınızsa, sessiyalararası transkript də qəbul edilə bilər.
• İki tövsiyə məktubu
• İngilis dilli ölkənin vətəndaşı deyilsinizsə, hazırkı ingilis dili biliyinizə dair sənəd

Bütün ərizə sənədləri ingilis dilində təqdim edilməlidir. Müraciət üçün son tarix 19 Fevral 2024-cü il gecə yarısıdır (GMT). Müsahibə mərhələsi 25 Mart 2024-cü il tarixindən başlayaraq həftə ərzində keçiriləcək. Müsahibə nəticələrinin 2024-cü ilin aprel ayının ortalarına qədər açıqlanması gözlənilir. Müsahibə formatı haqqında təfərrüatlar dəvət almış tələbələrə təqdim olunacaq, lakin onlar tədqiqat barədə ətraflı müzakirəyə hazır olmalıdırlar.

StudyNet Group-u izləməklə ən son proqramlar, təhsil konfransları və tədbirlər haqqında yeniliklərdən xəbərdar olun. Təqaüdə müraciət üçün konsultasiya və dəstək xidmətlərimiz vasitəsilə ən ideal supervayzerinizi tapa bilər və tam ödənişli təqaüddən yararlana bilərsiniz. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

© 2020 SNG, All Rights Reserved.